Dərdli insan.

10 Ocak 2015
5 457
0
Dərdli insan.
Dərdli insan.

Dərdli insan.

Gələcəyə ümidlə baxır, yaşayır.
Qəlbində ağır bir yükü daşıyır.
O,sevgi yüküdür, tükənmir, bitmir,
Qəlbə həkk olunub,silinib getmir.


Təkliyə qapılır, düşünür, dalır.
Günlər, aylar keçir, insan qocalır.
Neyləyək belədir, həyat qanunu
Əcəl gəlir, yetişir ömürün sonu.


Haqsızlığa da dözür, xəyanətə də.
Bir də baxıb görür yetişib vədə.
Kədər, qəm içində keçib günləri,
Artıq yaşamağın nədir dəyəri.



Ürək necə dözsün bu qədər dərdə?!
Ağlayar, bu dərdi çəksə göylər də.
Artıq dözə bilmir alışır, yanır,
Ruh candan ayrılır, ürək dayanır.

Müəllif: İbrahimova Nuranə

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.