Bu dağ xizəkçisi ayaqsız imiş - VİDEO

13 Ocak 2015
1 447
0
Bu dağ xizəkçisi ayaqsız imiş - VİDEO
Bu dağ xizəkçisi ayaqsız imiş - VİDEO

Dağ xizəkçiliyində fiziki baxımdan qüsursuz olmaq əsas şərtlərdən biridir. Fiziki baxımdan sağlamlıq, hər an qar uçqununu baş verə biləcəyi dağlarda insanların köməyinə çata bilər. Amma amerikalı Vasu Sucitra öz fiziki qüsuru ilə bütün ehtimalları alt-üst edib. Uşaq vaxtlarından bir ayağından məhrum olan bu şəxs, böyüdükcə tək ayaq üzərində həyatda özünə yer tapa bilib. Nə qədər qəribə səslənsə də, bir ayaqlı Vasu peşəkar dağ xizəkçisidir.

Feat.az ATVxəbər.az-a istinadən bildirir ki, uşaq yaşlarında sümüyündə yaranan xəstəlik tezliklə onun bir ayağının amputasiya olunması ilə nəticələnib. Ayağının kəsildiyi gün həyata olan bütün inamının da kəsildiyini etiraf edən Vasunun depressiyadan çıxması bir xeyli vaxt aparıb. Ona həyat sevgisi aşılayan böyük qardaşı sonda Vasunu depresiyadan çıxara bilib. Fiziki qüsurlu Vasu mümkünsüz görünsə də, dağ xizəkçiliyinin sirlərinə yiyələnə bilib.

Konnektikut ştatında yaşayan bir ayaqlı xizəkçi öz iradəsi ilə bütün fiziki qüsurlulara nümunə olub. Fiziki qüsurlu idmançılar üçün dağ xizəkçiliyi sahəsində yarışlar mövcud olmadığından, peşəkar xizəkçilərlə çempionatda mübarizə aparan Vasu onlardan geri qalmır. Xizəçkilikdən qazandığı pulları fiziki qüsurlular üçün yardım fonduna bağışlayan Vasu, onunla eyni dərdi bölüşən insanlara həyat eşqini öyrətməyə çalışır.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.