Bakı fəlakətə yaxınlaşır

13 Ocak 2015
1 743
0
Bakı fəlakətə yaxınlaşır
Bakı fəlakətə yaxınlaşır


Xəzərdə suyun çəkilməsi artıq elə bir həddə çatıb ki, bulvar ərazisində bunu daha çox hiss etmək mümkündür. Hətta deyilənə görə, artıq su altında qalmış Səbail qalası üzə çıxır. AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov açıqlamasında bildirdi ki, Xəzər dənizi 28 metr çəkilib.

Direktorun sözlərinə görə, Xəzərin səviyyəsinin düşməsi Volqa çayının suyunun azalması ilə bağlıdır:

“Xəzərə suyun böyük hissəsi Volqadan gəlir. Eyni zamanda dənizin səthindən buxarlanma artıb”.

R.Məmmədov hesab edir ki, suyun çəkilməsi fəlakətlə nəticələnə bilər. “Mənfi 28 metr fəlakət deyil, amma bir az da davam etsə, ziyanlar vura bilər. Portlara da ziyan olacaq. Ən çox düşmə 1978-ci ildə mənfi 29 metr olub. Hazırda suyun azalması davam edir. Güman edirəm ki, suyun çəkilməsi azalacaq. Cazibə səthi deyilən bir səth var. Hazırda həmin səthə gəlib çatır. Ondan sonra azalma dayanacaq”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.