Azərbaycanda Xanımlar üçün "MİLLİ" Avtomobil - Video - Foto

12 Mayıs 2016
3 491
0
Azərbaycanda Xanımlar üçün "MİLLİ" Avtomobil - Video - Foto
Azərbaycanda Xanımlar üçün "MİLLİ" Avtomobil - Video - Foto

"AZERANT" adlı ilk milli avtomobil modelinin müəllifi Ramil Nəcəfov daha bir avtomobil modelinin layihəsini hazırlayıb. Yeni model, əsasən, xanımlar üçün nəzərdə tutulub.

Bu barədə milli.Az-a müəllifin özü məlumat verib. 24 yaşlı gənc dizaynerin sözlərinə görə, hazırladığı yeni avtomobil "MİLLİ" adlanır:

"Milli" sadə bir avtomobildir. Gələcəkdə istehsal edilsə, 1.6 litr kub metr mühərrikli ola bilər. Bu model avtomobil, xüsusən, qadınlar üçün cəlbedici ola bilər. Avtomobil həcmcə balaca sedan tiplidir. Balaca şassi təxminən asfalt səviyyəsindədir. Yəni kiçik ölçüləri, nisbətən alçaq olması və sadəliyi ilə digər avtomobillərdən seçilir. Olduqca rahat və yumşaq olacaq. İstehsal olunsa, satışa ucuz qiymətə çıxarıla bilər. Avtomobildə şüşə dam, damboyu panoram lyuk olmalıdır. Avtomobil benzinlə yanaşı günəş enerjisindən də istifadə edilərək idarə oluna bilər. Yanacaq sərfiyyatı 100 km üçün cəmi 4.3 litr ola bilər. Yəni qənaətcil, ekonom modeldir. Avtomobilin 5 silindrli, 150 at gücündə olması, maksimal sürətinin isə saatda 180 km olması nəzərdə tutulub.

Təhlükəsizlik baxımından "MİLLİ" arxa və ön detektor vasitəsilə qarşıda və arxadakı avtomobillərlə ara məsafəsi saxlaya bilər. Bundan əlavə təhlükəsizlik sisteminə, həmçinin 8 ədəd hava yastıqları daxildir. İstehsala verilsə, Azərbaycanda üçün çox ucuz qiymətə - cəmi 7 min manata satıla bilər".

Xatırladaq ki, Ramil Nəcəfov ilk milli avtomobil layihəsi olan "AZERANT"ın, həmçinin əlillər üçün nəzərdə tutulan "AZ 200" və hərbi təyinatlı "AZERANT İSTİQLAL" (Azerant L 2.800) avtomobillərinin, eləcə də "XƏZ-747" bombardmançı-qırıcı təyyarə modeli layihələrinin müəllifidir.

Onun sözlərinə görə, Azərbaycan Gənclər Fondu AZERANT avtomobil modelinin 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar iyunun 23-də Baku Expo mərkəzində təşkil ediləcək sərgidə nümayiş olunması üçün 5 min manat məbləğində qrant ayrılmasına razılıq verib. Müəllif sərgidə "AZERANT"la yanaşı digər layihələrini də ictimaiyyətə geniş şəkildə təqdim etmək fikrindədir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.