Desələr, müharibə nədir? Deyərəm Əlinin ayaqları.

09 Şubat 2016
1 476
1
Desələr, müharibə nədir? Deyərəm Əlinin ayaqları.
Desələr, müharibə nədir? Deyərəm Əlinin ayaqları.

Desələr, müharibə nədir? Deyərəm Əlinin ayaqları.

Nə gözəl günüydü o gün...
Uşaqlar futbol oynayırdılar

Düşmənin işğal etdiyi kəndə yaxın kənddə.
Ən çox Əli qaçırdı topun dalınca.
Ən çox Əli sevirdi topu
Deyirdi Ronaldo olacağam.


Və qəfildən mərmi düşdü.
Düşdü topun üstünə.
Əli topa qaçdığı yerdə, mərmidən qaça bilmədi.
Sonra gözlərini qospitalda açdı...
Açdı pıçapıçlara.
Uşaqlar pəncərənin altında pıçıldaşırdılar,
Anası üzünü cırmışdı,
Dırnaq yerlərindən qırmızı cığır gedirdi
Əlinin atasızlığına, düşmənin qansızlığına.
Bir də bilmədiyi ayaqsızlığına.

Hamı ona baxırdı.
İçində qəribə bir hiss varıydı...
Qollarını qaldırdı, qolları yerindəydi,
Əllərinə baxdı, əlləri yerindəydi.
Amma ayaqlarını qaldıra bilmədi.

Cırtdanın divi aldadıb boğazına bağlatdığı
Dəyirman daşı asılmışdı ayaqlarından.


Və Əli qəfildən çığırdı:
- Hanı ayaqlarım?
Ayaqların top oynamağa gedib, balam,
Ayaqların müharibəyə gedib, balam,
Ayaqların qayıtmayacaq, balam.

Sonra.
Əlil arabasında otururdu Əli.
Və top oynayan uşaqlara baxırdı.

Dizdən aşağısı hardasa top oynayırdı,
Hardasa top dalınca qaçırdı...
Və topun yerinə hər dəfə
Mərmiyə bir təpik vururdu Əli.
Mərmi düşmən qapısından keçirdi,
Əli göyə hoppanırdı sevincindən.

Əli Ronaldo olurdu dizdən aşağı.
Amma Ronaldonun Əlidən xəbəri yoxuydu.


Desələr, müharibə nədir?
Deyərəm, Ronaldonun ayaqları!

Desələr, müharibə nədir? Deyərəm Əlinin ayaqları.

Əvvəlki Xəbər
RƏYLƏR
SEHRI
  • SEHRI
  • 9 Şubat 2016 21:11
Bu xeber cox uzdu meni.((((((
RƏY ƏLAVƏ ET