Bakı sakinləri ulduz falına inanırlarmı? - SORĞU

30 Aralık 2017
2 292
0
Bakı sakinləri ulduz falına inanırlarmı? - SORĞU
Yeni il insanlara yeni ümidlər gətirir. Hər kəs bu bayram ərəfəsində yeni ildən bir başlanğıc, bir yenilik umur. Kim Yeni il süfrəsi üçün müxtəlif təamlar hazırlayır, kim yaxınlarına bayram hədiyyələri alır, kim isə "əsas" işlə - qarşıdan gələn ilin qoroskopunu oxuyur. Bəs, ümumiyyətlə paytaxt əhli qoroskopa inanırmı?

Feat.Az
xəbər verir ki, rəyi öyrənilmiş Bakı sakinlərinin beşdə biri (21 %) qoroskopa inandığını bildirib. "Qoroskop əhli"nin fikrincə ən yaxşı bürclər balıqlar (11 %), tərəzi (10 %) və dolçadır (9 %).

Ən sevilməyən bürclər sıralamasında "liderlər" əqrəb və əkizlərdir (hər biri 9 %). Balıqlar "sevilməyənlər" arasında ikincidilər (5 %). Qoç, qız və tərəziləri də bəyənməyənlər çoxdur (hər biri 4 %).

Əksər bayramlarda olduğu kimi Yeni ildə də müxtəlif fal adətləri yerinə yetirilir. Paytaxt əhlinin böyük əksəriyyəti (85 %) isə ümumiyyətlə heç biri fala və magiyaya inanmadığını bildirir.

Qoy bu bayram fala, magiyaya inanmağından asılı olmayaraq hər kəsin evinə möcüzə gətirsin, yeni ilinə sehr qatsın. Bayramınız mübarək !

Bakı sakinləri ulduz falına inanırlarmı? - SORĞU

publika.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.