Ledi Qaqadan tərbiyəsiz tələb.


TMZ-dən aldığımız məlumata görə, Nyu-Yorkdakı "Plaza" otelindəki konsert zamanı müğənni tamaşaçılar arasında danışıqlardan sinirlənib.O, mahnısını yarımçıq qoyaraq qışqırıb: "Siz səsinizi kəsə bilərsiniz? Biz burada caz ifa edirik. Lənətə gəlmiş varlılar". Heyrətlənmiş tamaşaçılar susanda isə müğənni "Minnətdaram" deyərək oxumağa davam edib.Ledi Qaqa "Harper's Bazaar" jurnalının Nyu-York Moda Həftəsi çərçivəsində təşkil etdiyi ziyafətdə çıxış edib.Konserti yarımçıq tərk edən tamaşaçılar isə Ledi Qaqanın "bəyanat"ını "tərbiyəsiz tələb" adlandırıblar.