Məşhurların Sevgi Tarixçəsi

26 Mart 2017
1 602
0
Məşhurların Sevgi Tarixçəsi
Məşhurların Sevgi Tarixçəsi
Farah Zeynep Abdullah – Caner Cindoruk

“Muhteşem Yuz Yıl” serialının aktyorları Farah Zeynep Abdullah və Caner Cindorukun eşq yaşadığı dedi-qodusu maqazin xəbərlərində yayılmışdı. Feat.Az bildirir ki, Yeni il gecəsində bir yerdə çəkdirdikləri şəkilləri sosial şəbəkədə paylaşmaqla sevgili olduqlarını bildirdilər.


Məşhurların Sevgi Tarixçəsi
Kenan İmirzalıoğlu – Sinem Kobal

Kenan İmirzalıoğlu və Sinem Kobalın münasibəti Bergüzar Korelin yeni il partisində başladı. Sinem Kobal partiyə Kenan İmirzalıoğlu tərəfindən dəvət edildi və o gündən sonra aralarında möhtəşəm bir eşq başladı. Feat.Az bildirir ki, Keçən yayda münasibətlərini evliliklə möhkəmlədən cütlüyün adı Türkiyədə bir-birinə ən çox yaraşan cütlüklər sırasında çəkilir.


Məşhurların Sevgi Tarixçəsi
Arzum Onan- Mehmet Aslantuğ

Türkiyənin ən məşhur və xoşbəxt cütlüklərindən biri də Mehmet Aslantuğ və Arzum Onan cütlüyüdür. Feat.Az bildirir ki, Cütlük xoşbəxtliklərini Can adını verdikləri övladlarıyla daha da möhkəmlətdi. 1994-cü il... Mehmet Aslantuğ Arzum Onana zəng edib iş təklifi elədi. Onan təklifi qəbul etdi və ertəsi gün görüşdülər. Aslantuğ tanış olduqdan iki gün sonra Onana evlənmək təklif etdi. Cütlük o gündən bəri bir-birlərini heç yalnız qoymadı.


Məşhurların Sevgi Tarixçəsi
Sedef Avcı- Kıvanç Kasabalı

2001-ci ildə Miss Turkey gözəllik yarışmasına qatılan Sedef Avcı və model Kıvanç Kasabalı bu yarışmada tanış oldu. Ancaq evlənmə qərarını dərhal almadılar. Cütlük 4 illik bir münasibətin ardından 2005-ci ildə nikah masasına oturdu. İkisi də aktyorluq karyeralarını müvəffəqiyyətli bir şəkildə davam etdirir.


Məşhurların Sevgi Tarixçəsi
Pınar Altuğ- Yağmur Atacan

Onlar da setdə tanış oldu və eşqləri maqazin gündəminə bomba kimi düşdü. Serialda ana- oğulu canlandıran Altuğ və Atacan qısa müddətdə ayrılacağı haqqındakı iddiaları boşa çıxararaq evləndi. Cütlüyün Su adında qızları var.


Məşhurların Sevgi Tarixçəsi
Şahzadə William və Kate Middleton

Kate Middleton və Şahzadə William Universitetdə (University of St Andrews) tanış oldular. Dostluqları eşqə çevrilən cütlük böyük səs gətirən möhtəşəm bir toyla evləndilər.



Məşhurların Sevgi Tarixçəsi
Beren Saat-Kenan Doğulu

Saat və Doğulu arasındakı yaxınlaşma, fevral ayının əvvəlində təşkil edilən Artshop İstanbul partisində başladı.Feat.Az bildirir ki, Belçim Bilgin dəvət etdiyi rejissor Ömər Faruk Sorak, partiyə həyat yoldaşı İpək Sorak və Kenan Doğulu ilə birlikdə gəldi. Bilgin'in yaxın dostu Beren Saat ilə Kenan Doğulu'yu yaxınlaşdırma səyləri, qısa müddətdə nəticə verdi. Bir-birlərindən təsirlənən cütlük , gecə boyunca həm söhbət həm də rəqs etdi. Bu gecədən sonra yaxınlaşan cütlüyün eşqləri nikah masasına qədər gedib çıxdı.



Məşhurların Sevgi Tarixçəsi
Fahriye Evcen-Burak Özçivit

Çəkildikləri filmin setində bir-birləri ilə daha çox zaman keçirən və bu zaman içində daha da yaxınlaşan cütlük üzümüzə gələn yayda evlənməyə hazırlaşır.



Məşhurların Sevgi Tarixçəsi
Ezgi Eyüboğlu-Kaan Yıldırımlar

“Ulan İstanbul” serialının setində tanış olub eşq yaşamağa başlayan Kaan Yıldırımlar və Ezgi Eyüboğlu dizi eşqlərini gerçək həyata daşımış və keçdiyimiz yay evlənərək sevgilərini möhkəmlətdilər.




Əliyeva Günay
Feat.az