Zlatan İbrahimoviçin yeni klubu bəlli oldu

04 Haziran 2016
1 983
0
Zlatan İbrahimoviçin yeni klubu bəlli oldu
Zlatan İbrahimoviçin yeni klubu bəlli oldu
Zlatan İbrahimoviç karyerasını “Mançester Yunayted”də davam etdirməyə çox yaxındı. Feat.az saytı xəbər verir ki, Britaniya mətbuatının yazdığı xəbərlərə görə artıq tərəflər arasında ilkin razılıq əldə olunub

Hazırda azad agent statusu daşıyan İbrahimoviçin “Mançester Yunayted”lə 1 illik sözləşmə imzalayacağı bildirilir. “Mançester Yunayted” rəhbərliyi bu transferi Avropa çempionatına qədər rəsmiləşdirmək istəyir.

Transfer baş tutsa, bu, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Joze Mourinyonun istəyi ilə baş tutan ilk keçid olacaq.

Qeyd edək ki, İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ klublarının da formasını geyinib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET