Tennis azarkeşləri üçün şok! Şarapova tennisdən uzaqlaşdırılıb

09 Haziran 2016
1 315
0
Tennis azarkeşləri üçün şok! Şarapova tennisdən uzaqlaşdırılıb

Tennis azarkeşləri üçün şok! Şarapova tennisdən uzaqlaşdırılıb
Rusiyalı tennisçi Mariya Şarapovanın cəzası açıqlanıb.

Feat.az-ın Beynəlxalq Tennis Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, qadağan olunmuş dərman vasitələrindən istifadə etdiyinə görə M.Şarapova 2 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Dopinq testdən nəticəsi müsbət çıxan 29 yaşlı tennisçinin cəza müddəti 2016-cı il yanvarın 26-dan hesablanır. Onun 2018-ci il yanvarın 26-da analizlərdən sonra yenidən tenisə qayıda biləcəyi vurğulanıb.

M.Şarapova cəzaya etiraz üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.

Qeyd edək ki, M.Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkar edilib. Tennisçi mildronatı 2006-cı ildə səhhətində problem yarandığı vaxtdan qəbul etməyə başlayıb. Bu il yanvarın 1-dən isə bu preparat qadağan olunmuş dərmanlar siyahısına düşüb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.