İngilis azarkeşlər AVRO 2016 öncəsi Fransada dava saldı (VİDEO)

10 Haziran 2016
1 805
0
İngilis azarkeşlər AVRO 2016 öncəsi Fransada dava saldı (VİDEO)
“Avro-2016”nın startı ərəfəsində ingiltərəli azarkeşlər ixtişaş törədib.

Feat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, ötən gecə 200-ə yaxın ingilis azarkeş Marsel şəhərində dava salıb.

Yerli sakinlərlə dava edən azarkeşlər Marselin mərkəzi küçəsində restoran və barların şüşələrini sındırıblar.

Haidsə yerinə cəlb edilən polislər gözyaşardıcı qazdan istifadə etməli olublar. Dörd polis əməkdaşının xəsarət aldığı bildirilir. Azarkeşlərdən bir neçəsi saxlanılıb.

Qeyd edək ki, İngiltərə millisi ilk oyununu sabah Rusiyaya qarşı keçirəcək.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET