SOCAR-ın Avro 2016-ya sponsorluğu faydalıdırmı? (MƏQALƏ)

11 Haziran 2016
2 328
0
SOCAR-ın Avro 2016-ya sponsorluğu faydalıdırmı? (MƏQALƏ)


Hər hansı bir tədbir, layihə, yarışa sponsor olmaq üçün 2 səbəb ola bilər: 1- bu sponsorluğun nəticəsində gələcəkdə daha böyük gəlir götürmək və ya 2- hər hansı bir məhsulu yaxud adı dünyada tanıtmaqdır ki, bunun özü də əsas 1-ci göstərilən səbəblə bağlıdır. Gəlir əldə etmək. Fransada keçirilən futbol üzrə 2016-cı il Avropa Çempionatı başlayan kimi sosial şəbəkədə bir çox müzakirələr başladı. Əsas müzakirə mövzusu isə Azərbaycan Dövlət Neft Şirkəti olan SOCAR-ın bu idman yarışına sponsorluq etməsi ilə bağlı oldu. Qısaca bununla bağlı fikrimi bölüşmək istərdim. İlk öncə xatırlatmaq yerinə düşər ki, Avropa Çempionatına SOCAR ilə yanaşı "Adidas", "Coca-Cola", "Continental", "Carlsberg", "Hisense", "Hyundai və Kia Motors" (birlikdə), "McDonalds", "Turkish Airlines" şirkətləri sponsorluq edir. Bu sadalanan şirkətlərin demək olar ki çoxunun əsas fəaliyyət istiqaməti birbaşa istehlakçılara yəni normal vətəndaşlara xidmət etmək, satış həyata keçirməkdir. Bu şirkətlər arasında sadəcə SOCAR fəaliyyəti baxımından digərlərindən fərqlənir. Ancaq bənzərliyi də var. Məsələn adi bir vətəndaşın neft alqı-satqısında iştirak etməsi normal bir şey deyil. Çünki neft alqı-satqısı dövlətlər səviyyəsində həyata keçirilir. Bənzərlik isə odur ki, məsələn SOCAR-ın benzin stansiyaları fəaliyyət göstərir və bu o deməkdir ki, birbaşa istehlakçılara yəni adi vətəndaşlara xidmət edir. Demək ki , SOCAR digər şirkətlərin bir çoxundan fərqli olaraq satış fəaliyyətini ikitərəfli - yəni həm birbaşa vətəndaşlar, istehlakçılarla, həm də dövlətlər səviyyəsində həyata keçirir. Qeyd etmək istərdim ki, SOCAR-ın bir sıra Avropa şəhərlərində yanacaq doldurma məntəqələri fəaliyyət göstərir. Sadəcə misal olaraq bildirmək yaxşı olar ki, Rumıniyada 300-dən çox yanacaq doldurma məntəqəsi fəaliyyətdədir. Avropa çempionatının da açılış oyunu məhz Fransa və Rumıniya milliləri arasında keçirildi. Həm açılış oyunu olması, həm də Rumıniya millisinə bu çempionatda ümidlərin böyük olması ilə bağlı olaraq bəlkə də Rumıniya əhalisinin böyük əksəriyyəti bu oyunu izlədi. Nəticədə o oldu ki, artıq yəqin ki 3 Rumıniya vətəndaşından biri avtomobilinə yanacaq doldurmaq üçün SOCAR-ı seçəcək. Bu sadəcə 1 misal idi. Bu siyahını daha da uzatmaq olar. SOCAR gələcəkdə hər hansı bir Avropa şəhərində yanacaq doldurma məntəqəsi açsa və ya sayını artırsa nəticədə həmin şəhərin yerli sakinləri tərəfindən artıq bilinən bir ad olacaq. Unutmayaq ki, bu tip reklamlar insanlara çox güclü təsir edir. Bir çox insanlar düşünür ki, bu tip reklamlar lazımsızdır, faydasızdır. Əgər faydasız və ya gəlir gətitməyən bir iş olsa idi o zaman digər adlarını sadaladığım böyük şirkətlərinin sponsor olmaqda məqsədi nə idi? Məqalənin əvvəlində bildirdim ki, SOCAR ikitərəfli şəkildə fəaliyyət göstərir. Yəni həm adi vətəndaşlara satış həyata keçirir, həm də dövlərlər səviyyəsində. Hazırda "TANAP" layihəsi üzərində də iş davam etməkdədir. Qeyd edim ki, TANAP Azərbaycan qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya daşıyacaq olan qaz boru kəməri xətti layihəsidir. Bu layihədə Azərbaycan Dövlət Neft Şirkəti 80% paya sahibdir. TANAP-ın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan qazının satışı üçün Avropa dövlətlərinin cəlb edilməsində də reklamın böyük önəmi vardır. Bunu anlamaq vacibdir ki, reklam hər iki tərəfə gəlir qazandıran bir vasitədir. Ola bilsin ki, layihələrə, tədbirlərə, çempionatlara sponsor olan şirkətlər reklam üçün xərclədiyi pulu 1-2 aya qazanmasın. Ancaq böyük şirkətlər daha irəlini düşünərək hərəkər edir, etməlidir də. Bu məsələnin daha çox danışılan qazanc tərəfi. Gələk məsələnin digər tərəfinə. Bu da ölkəmizin dünyadakı mövqeyi, adı ilə bağlıdır.Futbol üzrə Avropa, Dünya çempionatları ən çox izlənilən yarışlar arasındadır. Bu reklam ilə Azərbaycan həm neft sektoru , həm də turizm sektorundan gəlir əldə edə bilər. Ona görə məsələyə hər zaman daha geniş prizmadan yanaşmaq faydalıdır. Dünəndən bəri səslənən fikirlərə görə qısaca təhlilimi yazmaq istədim. Ümid edirəm bəyənəcəksiniz.


Elvin Nəsibov

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.