Amerika Kuboku: İlk yarımfinalçı bəlli olub

17 Haziran 2016
1 547
0
Amerika Kuboku: İlk yarımfinalçı bəlli olub
ABŞ-da təşkil edilən Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib. Feat.az saytının məlumatına görə, bu gün ilk oyun baş tutub.

ABŞ Ekvadorla üz-üzə gəlib. Amerikalıların 2 qoluna rəqib 1 topla cavab verə bilib. Bu isə Yurgen Klinsmannın yetirmələrinin yarımfinala adlamasına səbəb olub. ABŞ-ın növbəti mərhələdəki rəqibi Argentina – Venesuela cütlüyünün qalibi olacaq.

Sabah isə 1/4 final mərhələsinin ikinci qarşılaşması baş tutacaq. Favoritlər arasında göstərilən Kolumbiya Perunu sınağa çəkəcək.

Amerika Kuboku-2016
1/4 final mərhələsi

ABŞ – Ekvador – 2:1
Qollar: Dempsi, 22; Zardes, 65 – Arroyo, 74
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.