“Barselona”nın qapıçısı rekord vurdu

06 Ekim 2014
2 011
0
“Barselona”nın qapıçısı rekord vurdu
“Barselona”nın qapıçısı rekord vurdu

Barselona”nın qapıçısı Klaudio Bravo yeni rekorda imza atıb.
FeaTi.Az apasport.az-a istinadən bildirir ki, Çili millisinin üzvü İspaniya La Liqasında “quru oyunlar” seriyasını davam etdirir.

Belə ki, Kataloniya klubunda 7 oyundu dalbadal meydana çıxan və qapısını toxunulmaz saxlayan Bravo “Barsa”nın sabiq qolkiperi Pedro Marie Artoleyə aid olan rekordu qırıb. 1977/78 mövssümündə o, ölkə çempionatının 7 qarşılaşmasının 20-ci dəqiqəsində qol buraxıb.

Çilili qapıçı isə İspaniya La Liqasının VI turunda “Rayo Valyekano” ilə oyunun 21-ci dəqiqəsində yeni rekordu müəyyənləşdirib.

Qeyd edək ki, “Barselona” səfərdə “Rayo Valyekano”nu 35-ci dəqiqədə Lionel Messinin və 1 dəqiqə sonra Neymarın vurduğu qolları sayəsində qələbəyə sevinib – 2:0. Bu qalibiyyətdən sonra kataloniyalılar 19 xalla liderliyini davam etdirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.