“...Futboldan ömürlük uzaqlaşdırılmalıdır”

17 Ağustos 2014
1 771
0
“...Futboldan ömürlük uzaqlaşdırılmalıdır”
“...Futboldan ömürlük uzaqlaşdırılmalıdır”

PSJ-nin prezidenti Nasser Əl-Xelayfi “Bastiya”nın oyunçusu Brandaonun futbolçuları Tiaqo Mottanı kəllə ilə vurmasına münasibət bildirib.

Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, Fransa Futbol Federasiyası Brandaonun bu hərəkətinə sərt qiymət verməlidir.

“O, futboldan ömürlük uzaqlaşdırılmalıdır” – deyə PSJ prezidenti bildirib.

Hadisəyə “Bastiya”nın baş məşqçisi Klod Makelele də münasibət açıqlayıb. O qeyd edib ki, Brandaonun hərəkəti idman prinsipləri ilə bir araya sığmır: “Biz ona lazım olan cəzanı verəcəyik”.

Xatırladaq ki, insident PSJ – “Bastiya” oyunundan sonra baş verib. Brandao Mottanı kəllə ilə vurub. Nəticədə italiyalı oyunçunun burnu qırılıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.