"Qalatasaray" uduzdu, "Real" və "Yuventus" qalib gəldi

05 Kasım 2014
2 153
0
"Qalatasaray" uduzdu, "Real" və "Yuventus" qalib gəldi
"Qalatasaray" uduzdu, "Real" və "Yuventus" qalib gəldi

Bu gün Çempionlar Liqasında IV turun oyunlarına start verilir.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

A qrupunun lideri Madridin “Atletiko” klubu səfərdə “Malmö”nün qonağı olacaq. Qrupun digər oyununda “Yuventus” öz meydanında “Olimpiakos”u qəbul edəcək.

Turun ən maraq doğuran oyunlarından biri B qrupunda baş tutacaq. Burada Madrid “Real”ı doğma meydanda “Liverpul”la üz-üzə gələcək. Qrupun digər matçında “Ludoqorotes” klubu səfərdə “Bazel”in qonağı olacaq.

C qrupunda Rusiya "Zenit"i lider “Bayer” (Leverkuzen) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. “Monako” isə səfərdə qrupun autsayderi “Benfika”nın qonağı olacaq.

Azərbaycanlı azarkeşlərində maraqla gözlədiyi oyun D qrupunda keçiriləcək. Türkiyənin “Qalatasaray” klubu Dortmundda "Borussiya" ilə qarşılaşacaq. "Cim Bom" qrupdan çıxmaq şansını saxlaması üçün bu görüşdə mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda isə “Arsenal” evdə “Anderlext”i qəbul edəcək.


4 noyabr


A qrupu
23:45. "Malmö" (İsveç) - "Atletiko" (Madrid, İspaniya) - 0:2
Qol: Koke, 30 (0:1), Qarsia, 78 (0:2)

23:45. "Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 3:2
Qollar: Pirlo, 21 (1:0), Botio, 24 (1:1), Ndinqa, 61 (1:2)


B qrupu

23:45. "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0
Qol:Benzema, 27 (1:0)

23:45. "Bazel" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan) - 4:0
Qollar: Embolo, 34 (1:0), Qonzales, 41 (2:0), Qaşi, 59 (3:0), Suşi, 65 (4:0)

C qrupu

21:00. "Zenit" (Rusiya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:2
Qollar: Son Hyunq-Min, 68 (0:1), 73 (0:2), Rondon, 89 (1:2)

23:45. "Benfika" (Portuqaliya) - "Monako" (Fransa) - 1:0

D qrupu

23:45. "Arsenal" (İngiltərə) - "Anderlext" (Belçika) - 3:3
Qollar: Arteta, 24 (1:0), Sançez, 29 (2:0), Çemberleyn, 58 (3:0), Borre, 61 (3:1), 72 (3:2), Mitroviç, 90 (3:3)

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Qalatasaray" (Türkiyə) - 4:1
Qol: Roys, 39 (1:0), Papastatopolos, 56 (2:0), Hakan Balta, 70 (2:1), Semih Kaya, 86-avtoqol (4:1)

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.