Ən qədim futbol növü – Tsu-cu

23 Ağustos 2014
1 563
7
Ən qədim futbol növü – Tsu-cu
Ən qədim futbol növü – Tsu-cu


Ən qədim futbol növü – Tsu-cu

Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur yəqin ki. Amma sən demə, müasir futbola çox oxşayan oyun nə az-nə çox 2000 il əvvəl Çində mövcud imiş. Adı da tsu-cu imiş.

Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, ayaqla, başla, sinəylə, bir sözlə əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi.

Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki,torunortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi.

Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi. Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı.

Tsu-cunun adı ilk dəfə milladdan əvvəl 3-cü əsrə aid mənbədə çəkilir. «Tsu” – topu vurmaq, „cu” isə içi doldurulmuş dəri deməkdi. İlk dövrlərdə əsgərlər üçün təmrinlərdən olan bu oyun daha sonra zadəganlar arasında da dəb düşmüş, nəhayət saraya yol tapmışdı. Hətta Sonq sülaləsindən olan imperator Taizu özü də tsu-cu oynayardı.

Bu oyun bayramların, festivalların da ayrılmaz hissəsi idi.

Tsu-cu 17-ci əsrdən başlayaraq Çində populyarlığını itirib.

Bu oyun müasir futbola çox oxşadığına görə, Çin futbolun vətəni də sayıla bilər. Təsadüfi deyil ki, 2004-cü ildə FİFA rəsmisi bildirmişdi ki, tsu-cu müasir futbolun sələfləri arasında ən qədimidir.



Redaktə etdi: .::CuPPuLu::.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
nerden nereye )))
Omrum Ikimizin
Futbolla hec maraqlanmriam
нσƨт αʟʟıαпcε
serhlere gore tewekkur
More
  • More
  • 23 Ağustos 2014 23:49
TəşəkkürLər maraqLıdı oxuduM)))
ЗайкА)
Nə maraqLı) heç biLmirdim bu haqda. TəşəkkürLər)
.::American Girl::.
Maraqlıdır
I am dying for you
Aa maraqli xeberdi..amma o vaxt chetin olubmuw da onda ancaq bir dewikden salmaga gore) amma bu da yaxwidi..wekilde qewey gorsenir..))
RƏY ƏLAVƏ ET