Necə xoşbəxt olaq?

28 Şubat 2015
2 038
0
Necə xoşbəxt olaq?
Necə xoşbəxt olaq?
Xoşbəxtlik hər birimizin ömür boyu axtardığı və əlində saxlamağa çalışdığı bir nəsnədir. Heç kim bütün ömür xoşbəxt yaşıya bilməz. Araşdırmalar göstərir ki, həyatımızda baş verən yaxşı şeylər, əldə etdiyimiz uğurlar həyata baxışımıza, münasibətlərimizin keyfiyyətinə təsir göstərir. Xoşbəxt olmağın bir çox sirləri var. Bunlardan biri də həyat boyu optimist olmaqdır. İstər pis, istər yaxşı - həyatımızda baş verən hadisələrin hər birinin bizə təsiri müvəqqətidir. Yaşadığımız hər bir şeydən sonra biz yenə də əvvəlki vəziyyətimizə qayıtmağa çalışırıq. Xoşbəxt olmağımıza təsir edən ən böyük meyar bizim nə fikirləşdiyimizdir. Həyatınız boyu optimist və xoşbəxt olmaq istiyərisinizsə, Feat.az-ın sadaladığı şərtlərə əməl edin:

1. Gün ərzində yaşadığınız ən kiçik xoşbəxt anları belə önəmli tutun. Misal üçün, bu gün yolda tıxacla qarşılaşmadım, bu gün gözəl bir səhər yeməyi yedim, dostum məni ürəkdən güldürəcək maraqlı bir əhvəlat danışdı - bunları düşünməyə çalışın.

2. Baş verən xoşagəlməz hadisəyə pis deyil, yaxşı cəhətdən yanaşmağa çalışın. Əgər sevdiyiniz insan sizdən ayrılıbsa, qəmlənməyin, düşünün ki, başqa bir insanla tanış olmaq şansınız var. İşdən çıxmısınızsa, düşünün ki, daha yaxşı iş tapmaq imkanınız var. Həyatınızda baş verən hər şeydə nəsə bir xeyir var - bunu heç vaxt unutmuyun.


3. Hazırda yaşadığınız şərait haqda düşünün və bir çox insanların sizin sahib olduğunuz bu şeylərə çox çətinliklə nail olduqlarını unutmayın. Xoşbəxt olun ona görə ki, yaşayışınız o qədər də pis deyil. Sadəcə, həyatınızdan zövq almağı öyrənin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.