Bir neçə saniyə!

04 Mart 2015
1 307
0
Bir neçə saniyə!
Bir neçə saniyə!
Süqutun zirvəsində...

Bu gün İslam ümməti və bizim xalqımız özünün əzəmətli Peyğəmbərinə (s) həmişəkindən daha çox ehtiyaclıdır; onun hidayətinə, onun müjdə verməsinə və qorxutmasına, onun sözünə və mənəviyyatına və onun insanlara dərs və təlimlə göstərdiyi mərhəmətə ehtiyaclıdır. Bu gün İslam Peyğəmbərinin (s) öz ümmətinə və bütün bəşəriyyətə dərsi alim və güclü olmaq dərsi, əxlaq və ucalıq dərsi, mərhəmət dərsi, cihad, izzət və müqavimət dərsidir. Bizim xalqımız Peyğəmbərin (s) dərslərini nəzərdən keçirməli və onları özünün həyat dərslərinə və cari proqramlarına çevirməlidir. Bizim xalqımız Peyğəmbər (s) məktəbinin şagirdliyi və Peyğəmbər (s) dərsi ilə fəxr edir... Biz Peyğəmbərin (s) əxlaq dərsini, əzəmətli Peyğəmbərin (s) izzət dərsini, onun bizə öyrətdiyi və bizim həyat dərslərimizdən olan elm öyrənmək dərsini, mərhəmət, ucalıq və birlik dərsini öz həyatımızın proqramlarına salmalıyıq.
Bizim müsəlman cəmiyyətimiz o zaman sözün həqiqi mənasında kamil müsəlman cəmiyyəti olar ki, özünü Peyğəmbərin (s) rəftarı ilə uyğunlaşdırsın. Əgər o həzrətin rəftarına yüz faiz uyğun olmasa da - təbii ki, uyğun deyil - ən azı ona bənzəsin. Əziz Peyğəmbərin (s) həyat axınının əksi bizim həyatımıza hakim olmasın; o xətdə hərəkət edək.

Süqutun zirvəsində

O həzrətin doğumu dünyanın və tarixin elə bir dövründə baş verdi ki, bəşəriyyət iki aşkar xüsusiyyətə malik idi. Bu iki xüsusiyyətin biri o idi ki, elm, ağıl və düşüncə baxımından özündən öncəki dövrlərdə yaşayan insanlara nisbətən çox inkişaf etmişdi. Onların arasında filosoflar yaranmış və alimlər meydana çıxmışdı. Böyük riyaziyyatçılar, həkimlər, mühəndislər və sivilizasiyalar baş qaldırmışdı. Bu sivilizasiyalar təbii ki, elmsiz yarana bilməzdi. Qərbdə akademiyalar, Şərqdə hikmətxanalar, Çin sivilizasiyası, Misir sivilizasiyası və böyük tarixi sivilizasiyalar olmuşdu; yəni bəşər kamilləşmişdi. Bu bir xüsusiyyət.

İkinci xüsusiyyətin birinci xüsusiyyətlə birləşməsi çox qəribə haldır. O da budur ki, o zaman bəşər əxlaq baxımından həmişə olduğunda daha aşağıda idi. Yaxud əgər bu müqayisəni söyləmək istəməsək, deməliyik ki, süqutun zirvəsində idi. Elm və biliyə malik olan həmin insan kəskin şəkildə təəssüblərin, xurafatın, eqoistliklərin, zülmün, xalqa qənim kəsilən antibəşəri hökumətlərin əsiri idi. Dünyada belə bir vəziyyət hakim idi. Əgər insan tarixə nəzər salsa, görəcək ki, o dövrdə bütün bəşəriyyət əsir idi. Əmirəlmömininin (ə) kəlamında deyildiyi kimi, bəşəriyyət fitnənin, çətinliyin, problemlərin və qardaş qırğınının zirvəsində idi. Əmirəlmöminin (ə) həmin xütbədə buyurur: "Xalqın gözünə rahat yuxu getmirdi"./Ayətullah Xamenei/
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.