Daha bir təhlükəli virus peyda oldu

03 Eylül 2014
1 500
0
Daha bir təhlükəli virus peyda oldu
Daha bir təhlükəli virus peyda oldu

Yaponiyada titrətmə xəstəliyinin sıçrayışı qeydə alınıb
Yaponiyanın Səhiyyə Nazirliyi həşaratdan keçmə titrətmə xəstəliyi aşkarlanan daha 19 nəfərin qeydə alındığını təsdiqləyib.

Anspress-in məlumatına görə, bununla da xəstəliyə yoluxanların ümumi sayı artıq 22 nəfərə çatır.

Bu, Yaponiyada son 70 ildə viruslu xəstəliyin yayıldığı ilk haldır.

Güman edilir ki, xəstələnənlər bir müddət öncə zərərli həşaratları məhv etmək məqsədilə dərman səpilən Tokionun Yoyogi parkında bu virusa yoluxublar.

Qeyd edək ki, titrətmə xəstəliyi əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Okeaniya və Karib dənizi hövzəsi ölkələrində yayılır. Xəstəliyin simptomları sırasında güclü qızdırma, başgicəllənmə, səpki və əzələ ağrısı var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.