Şad xəbər: Nəhayət, istilik problemi həll olunur

20 Kasım 2015
852
2
Şad xəbər: Nəhayət, istilik problemi həll olunur
Şad xəbər: Nəhayət, istilik problemi həll olunur


Ölkədə yaşayış binalarına istiliyin verilməsi ilə bağlı yaranmış problem həll olunmaq üzrədir.

Bu barədə Feat.az A "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bununla əlaqədar "Azəriqaz" İB ilə danışıqlar davam edir: "Yəqin ki, yekun nəticəyə gələ biləcəyik. Hələlik danışıqlar aparırıq. Artıq dünəndən etibarən "Azəriqaz" bəzi qazanxanalara qaz verilməsini təmin edib, yəqin ki, 1-2 günə digər binalara da istiliyin verilməsi bərpa ediləcək".

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC bəyan etmişdi ki, noyabrın 15-dən etibarən yeni payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq. Lakin bir sıra binalara ümumiyyətlə istilik verilmədi, hətta istiliyin verildiyi binalarda da təchizat 2 gün sonra kəsildi. Artıq bir neçə gündür, Bakının yarısında və regionlarda vəziyyət bu cürdür və əhali istiliyin olmamasından əziyyət çəkir.

"Azəristiliktəchizat" ASC-dən Feat.az a verilən məlumata görə, problem cəmiyyət tərəfindən "Azəriqaz" İB-ə yaranmış borc səbəbindən qazanxanalara qazın verilməsinin dayandırılması ilə bağlı idi. "Azəristiliktəchizat"da hesab edirlər ki, abunəçilər borclu olmadıqları halda "Azəriqaz"ın qış vaxtı belə bir addımı atması doğru deyildi. Belə ki, iki dövlət qurumu arasında məsələni başqa cür də həll etmək olardı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Tina
    • Tina
    • 20 Kasım 2015 20:28
    xeber maraqli idi
    kimde istilik verilmirdise seviner
  2. AleDa
    • AleDa
    • 20 Kasım 2015 15:15
    2 gundur evler cox soyuqdu.. Verilsin artiq istilik... Borcu olanlar indi yadlarina dusub??
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.