“Bir azdan hava da pulla olacaq!” deyənlər düz çıxdı

28 Aralık 2015
1 739
2
“Bir azdan hava da pulla olacaq!” deyənlər düz çıxdı
“Bir azdan hava da pulla olacaq!” deyənlər düz çıxdı

“Bir azdan hava da pulla olacaq!” deyənlər düz çıxdı

Çində hava çirklənməsi inanılmaz həddə çatmağa davam edir. İnsanın hətta qorxulu yuxusuna da girməyən belə hadisə artıq real olub və havanın da pulla satıldığı bir dövrə gəlib çıxmışıq. Belə ki, çinlilər artıq təmiz havanı Kanadadan alırlar. Çünki Çinin bəzi hissələrində havadakı zərərli maddələrin miqdarı normadan 20 dəfə çoxdur.

“Bir azdan hava da pulla olacaq!” deyənlər düz çıxdı

Özünəməxsus həll olaraq Kanada şirkəti Vitality Air çinlilərə Kanada və ABŞ dağlarının təmiz havası dolu kiçik balonlar təklif edir. Startupçılar bunu zarafat kimi başladıqlarını desələr də, gözləmədikləri halda bu təklifləri olduqca böyük maraq görüb. Bir baloncuğun tərkibində olan havanın miqdarı 7.7 l-dir və 15 dollara satılır. Bu isə məsələn, adi sudan 50 dəfə baha deməkdir. Kanadalılar buna cavab olaraq deyirlər ki, bütün havanı ancaq qayalı dağlardan və əl əməyilə toplayırlar.

Hər bir halda, Vitality Air məhsulları olduqca böyük tələbatla qarşılaşıb. İlk göndərdikləri 500 hava balonu cəmi 4 gün ərzində satılıb. Kanadalılar artıq Çinə 4000-lik ikinci partiya məhsul da göndəriblər. Bir sözlə, artıq hava da pulladır!

“Bir azdan hava da pulla olacaq!” deyənlər düz çıxdı


Pahoo.az/Factroom.ru
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 28 Aralık 2015 13:52
    kul olarin basina budurdur da dunya ne gozluyurduz gicdirler ee lap hava da pulunan olar
  2. ALA GOZ
    TƏŞƏKKÜR MƏLUMATA GÖRƏ
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.