Telefon adamı kökəldirmiş

31 Mayıs 2016
1 289
0
Telefon adamı kökəldirmiş
Yeni aparılan araşdırmalar gecələr çarpayıda telefonda danışmağın, sosial şəbəkələrdə vaxt keçirməyin kökəlməyə səbəb olduğunu sübut eləyib.

Feat.Az xəbər verir ki, araşdırmada iştirak edən Nortvestern Universitetinin alimləri “ağıllı” telefonların insan üçün ən təhlükəli düşmən olduğunu açıqlayıblar.

Smartfon telefondan əks olunan mavi, parlaq işıq orqanizmdə bir çox dəyişikliyə səbəb olur. Bu işıq maddələr mübadiləsinin zəifləməsinə səbəb olmaqla yanaşı, insulinin səviyyəsinə də təsir edir. Qandakı şəkərin səviyyəsini yüksəltdiyi üçün bir müddət sonra qlükoza orqanizmdə yağ halında toplanmağa başlayır. Bu isə bədənin piylənməsi ilə nəticələnir.

Alimlər bildiriblər ki, sadəcə gecə saatlarında deyil, ümumiyyətlə, gün ərzində “ağıllı” telefon və ya planşetlərdən mümkün olduğu qədər uzaq durmaq lazımdır.
publika.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.