Gözəlliyiniz üçün məsləhətlər

03 Ağustos 2016
1 283
0
Gözəlliyiniz üçün məsləhətlər
Sabunu susuz istifadə edin
İstifadə etmək istəmədiyiniz sabunlarınızı iç paltar siyirtmənizə və ya tişörtlerinizin dayandığı rəfə qoysanız, bunları geydiyinizdə möcüzəvi iy verərsiniz.

Sızanaq üzərinə diş pastası çəkin

Yalnız bir göy noxud böyüklüyündə tətbiq edin. Diş pastası sızanağın yağını əmərək daha çox böyüməsinə mane olar. 15 dəqiqə sonra üzünüzü yuyun.

Qol altınıza peeling

Əgər qol altlarınız quruyursa, narın bir bədən peelingi ilə bu bölgəni yumşalda bilərsiniz. Beləliklə yaz aylarında qolsuz geyimlərinizi könül rahatlığıyla geyə bilərsiniz.

Qıçlarınızı saç kremiylə təraş edin

Təraş köpüyünüz bitdisə onun yerinə saç kremi istifadə edə bilərsiniz. Bu krem, tüklərinizi yumşaldaraq təraşı asanlaşdıracaq və qıçlarınızı da ipeksi bir yumşaqlığa qovuşduracaq.

Dişlərinizi ağız qarqarası ilə fırçalayın

Evə gec gəldiyiniz gecələrdə özünüzü dişlərinizi təmizləyə bilməyəcək qədər yorğun hiss edirsinizsə, ağızınızı bir qarqara ilə çalxalayın. Ardından quru diş fırçanızla diş ətlərinizin dişlərinizdə dəydiyi nöqtələri yüngülcə fırçalayın.

Saç diblərinizi pudralayın

Saçınız yağlı bir görünüşə sahibsə, geniş uclu bir makiyaj fırçasını mineral bir pudranın içinə batırın. Fırçanın ucunda qalan çoxluğu azaltmaq üçün sapına əlinizlə yüngülcə vurduqdan sonra pudranı saç diblərinizə tətbiq edin. Tətbiq etdiyiniz pudra çox yağı əmərək saç telinzin arasına qarışacaq. İnanın, kimsə duş almağa vaxtınız olmadığını anlaya bilməyəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.