Gözəllik sirləri

07 Ağustos 2016
3 167
0
Gözəllik sirləri
Telinizə ətir vurun
Saçlarınıza az bir miqdar ətir vurun. Böyük uclu bir fırça köməyi ilə saç diblərinizdən başlayaraq uclarına qədər darayıb qoxunu paylayın. Bütün günü möhtəşəm qoxacaqsınız.

Fırçanıza saç spreyi tətbiq edin

Saçlarınızı qurutduqdan sonra fırçanızın üzərinə bir miqdar saç spreyi vurun və saçınızı darayın. Beləliklə saçlarınız sərt olmadan həcmini və parlaqlığını qoruyacaq.

Axan makiyajınızı düzəldin

Makiyajınızı yenidən etmək üçün zamanınız yoxsa bir qulaq pambığını makiyaj təmizləyicisinə batırın və makiyajınızın yalnız axmış və ya bulaşmış bölgələrini silin.

Dırnağınızı yapışdırın
Qırıldığı zaman dırnağınızı qoparmaq yerinə, bir damcı yapon yapışdırıcısını qırıldığı yerə damladın. Üzərinə ən sevdiyiniz lakdan sıx bir təbəqə çəkin. Qırıq xətti gizləmək üçün qırmızı, tünd qırmızı və ya mərcan kimi işıq keçirməyən mat rəngləri seçməlisiniz.

Bitki yağından faydalanın
Dırnaqların ətrafını çevreleyen ölü dərilərin sərtləşməməsi üçün, bu bölgələrə bir miqdar ərik yağı damladın.

Nəmləndiricinizə körpə yağı qatın

Parlaq amma çox yağlı görünməyən ayaqlara sahib olmaq üçün gündəlik bədən nəmləndiricinizin içinə bir damcı körpə yağı əlavə edin.

Uçuğunuzu kremlə yatırın

Uçuğun çıxmağa başladığını hiss etdiyiniz anda üzərinə bir miqdar nəmləndirici çəkərək daha pis bir hala gəlməsinin qarşısını almış olarsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.