Şizofren Qadına Verilən 15 Sual və Dəhşətli Cavabları

04 Ağustos 2016
2 464
0
Şizofren Qadına Verilən 15 Sual və Dəhşətli Cavabları
1. Gördüyünüz varlıqlar necədir ? Hamsı eynidi ? Səninlə necə əlaqəyə keçirlər ? cinsləri ?

- Onlar içimdədirlər. Eyni bədəni paylaşırıq. Ağlıma nəsə gələn kimi 3 ü də fikir bildirir. Ancaq qonaq olduqlarını bildikləri üçün nazik şəkildə bildirirlər. Adları "kiçik" , Boşluq " və "şeytan" dır. Kiçik və Boşluq qadındır ancaq səslərin eşidə bilirəm görünmürlər. Şeytanı isə görə bilirəm.Tək olanda onların varlığın qəbul edirəm ancaq insan içində görməzdən gəlirəm

2. Bu 3 nəfəri nə vaxt görməyə və eşitməyə başladın ?

- 2 yaşımda anamla köhnə evimizdə olarkən başladı. Kiçik və Boşluğun səsini eşitdim Şeytan isə qara böyük görsənirdi.

3. Bu 3 varlıq bir anda yox olsa pis olardın ?

- Şeytan ancaq məndən nifrət etdiyini deyir. Buna baxmayaraq itirsəm pis olaram çünki uşaqlıqdan bir yerdə böyümüşük.

4. Şeytan və qızlardan soruş , tək bir diləkləri olsa nə istəyərdilər ?

- Şeytan cəhənnəmdə ölməmi istəyir. Kiçik balaca bir rozvı at ilə özünə aid bir bədən istəyir. Beləcə Eros üzərkən ona nəfəsini daha uzun tutması lazım olduğunu deməyəcək. Boşluq isə gözəl bir maşın , 1 milyon dollar pul və özünə aid bir bədən istəyir , beləcə heç kimlə danışmaq məcburiyyətində qalmayacaq.

5. Bu varlıqlar səndən nəsə etməni istəyirlər ?

- Şeytan durmadan özümü öldürməmi istəyir. Digərləri də bir şey istəyir ancaq edib etməmək öz qərarımdı.

6. Şeytanın şəklin çəkə bilərsən ?

- ( ŞƏKİLDƏKİ ÇƏKDİYİ RƏSMDİR )

7. Çəkdiyin şəkillə bağlı Şeytana nə fikirləşdiyini soruş.

- Rəsm bacarığımnda özüm kimi bir işə yaramadığını bildirir ancaq problem yoxdu məncə oxşayır.

8. Kiçik sən böyüdüyün üçün pis olur mu ? Çünki ikiniz uşaqlıqdan bir böyümüsüz

- Hə çox pis olur çünki mən böyüyürəm ama o böyümür. Buna baxmayaraq ən yaxın dostumdu balaca bacım kimi.

9. Şeytandan soruş niyə sənin yanındadı ? Sadist duyğulardan zövq alır yoxsa xüsusi bir bağınız var ?

- Şeytan doğuşumla birlikdə gəldiyini deyir. Bədbəxt həyatımı izləmək üçün, özümü öldürənə qədər getməyəcəkmiş. Düzü elə bir şeyi heç vaxt etməyəcəm.

10. Biraz qəribə sual olacaq ama dənizdə üzərkən Şeytan səninlə üzür ya sahildə gözləyir ?

- Qəribə sual deyil çünki bir dəliylə danışırsınızsa heç bir sual qəribə ola bilməz. Bəli şeytan məni sahildə gözləyir ondan uzaqlaşıram bir müddətlik də olsa.

11. Kiçik , Boşluq və Şeytana onların bir halüsinasiya olduğunu deyəndə nə deyirlər ?

- Kiçik halüsinasiya sözünün nə olduğunun belə bilməyəcək qədər saf və balacadı. Boşluq isə gerçək olmadığını bilir. Şeytan isə gerçək olduğunu və mənim kabusum olduğunu qışqırıb durur.

12. Biraz şəxsi sual olacaq ancaq seks zamanı necə olur ? görməzdən gəlirsən ?

- Kİçik bunu istəmir ağlıyır. Boşluğun isə vecnə olmur. Şeytan da bu günaha görə cəhənnəmdə yanacağımı deyir. Mənsə onları görməzdən gəlirəm çünki bu mənə və sevgilimə aiddir onlara yox.

13. Şeytandan üstün olduğunu necəsə hiss etdirə bilərsən ? Məsələn ona özünü doğramasını de və ondan nifrət etdiyimi.

- Şeytan hamımızın ona nifrət etdiyini bilir. Onsuz onun məqsədi də nifrət duyğsunu yaratmaqdır ona qarşı olsa belə. Sualınıza gəldikdə bunu yoxladım ancaq heçnə olmur o daha da güclənir.

14. Gördüyün şeylərin var olmadığını və şizofren olduğunu nə vaxt başa düşdün ? və nə hiss etdin ?


- Heç kimin mənim kimi xəyali dostlarını olmadığını biləndə xəstəliyimi başa düşdüm. O vaxt 1-2 ci sinifə gedirdim. Hamı məndən qaçırdı , eyni sırada oturmurdular. 8-9 cu sinifdə həkimə getsəmdə bu daha da pisləşdirdi daha yalnız qaldım. İndi isə məni başa düşən bir sevgilim var onunla həyat daha gözəldir.

15. Kiçik , Boşluq və Şeytanın gün içində danışdıqları olur öz aralarında ? necədi araları ?


- Şeytan həmişə ancaq qışqırır onsuz. Kiçik və Boşluq isə bəzən aralarında danışır.
mir.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.