Yumurta qabığı yumurta sarısından əvvəlmi əmələ gəlir, yoxsa sonramı?

12 Ağustos 2016
1 637
0
Yumurta qabığı yumurta sarısından əvvəlmi əmələ gəlir, yoxsa sonramı?
Düşünülənin əksinə quş yumurtalarında ilk öncə qabıq təbəqəsi əmələ gəlmir. Hətta onu deyə bilərik ki, qabığın yaranmasında quşların heç bir rolu yoxdur. Yumurtanın əvvəlcə sarısı (daxili) əmələ gəlir sonra isə getdikcə böyüyür. Böyümənin müəyyən bir nöqtəsində isə qabıq formalaşır (quş növünə görə qabığın formalaşma vaxtı da dəyişir). Qabığın əmələ gəlmə səbəbi isə böyüyən yumurtanın daxilində meydana gələn kimyəvi dəyişikliklərdir.
Yumurtanın əmələ gəlməsi və inkşafı zamanı tərkibin (yumurta sarısının) ətrafında incə bir təbəqə yaranır. Bu təbəqənin daxilindəki dağılmış hissələrdə ”ağızlıq” adı verilən mineral qalıqları ilə dolu bölgələr var. Burada ilk olaraq kalsiyum karbonatın təbiətdə daha çox yayılan mineral formalarından biri araqonit yığılmağa başlayır. İnkşafın daha çox getdiyi nöqtələrdə arqonit sütunları formalaşır. Bir nöqtədə bu sütunlar bir yerə toplaşaraq böyüməyə başlayır və sərt tərkibli yumurta qabığı əmələ gəlir (qat-qat).
Bu növ çoxalma hadisəsinə təbiətdə tez-tez rast gəlmək olar.
newsworthyplanet.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.