Təbiət qoynunda olmaq...

20 Ağustos 2016
2 058
0
Təbiət qoynunda olmaq...
Kembric Universitetinin alimləri təbiətin insana mənəvi təsirini araşdırıblar.

AZƏRTAC "Vista News" saytına istinadla xəbər verir ki, təbiətin insanlara təsirinin öyrənilməsi məqsədilə aparılan eksperimentlərdə 400 nəfər iştirak edib. Onların şəhər mühiti və təbiətdə psixoloji vəziyyəti analiz edilib. Nəticələr təbiətdə insanın ümumi əhval-ruhiyyəsinin yaxşılaşdığını təsdiqləyib. Belə ki, təcrübə iştirakçılarının tənqidlərə daha sakit reaksiya verdikləri, özlərini daha obyektiv qiymətləndirdikləri müşahidə edilib.

Alimlərin sözlərinə görə, insanlarda özünəinam və ya depressiyaya meyillilik cəmiyyətin onun fiziki və psixoloji xüsusiyyətlərinə münasibətindən asılıdır. Belə ki, cəmiyyətdən təcrid olunmaqla insan özünə obyektiv yanaşmağa, daha çox dəyər verməyə başlayır.

Bu eksperiment vasitəsilə insan mənəviyyatının təbiətlə bütünlüyünün sübut olunduğunu vurğulayan tədqiqatçılar, insanlara təbiət qoynunda təklikdə daha çox vaxt keçirməyi məsləhət görüblər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.