Android üçün WhatsApp-ın yeni versiyasında bizi nələr gözləyir?

17 Ağustos 2016
2 020
0
Android üçün WhatsApp-ın yeni versiyasında bizi nələr gözləyir?
Hal-hazırda Android üçün WhatsApp messengerinin yenilənmiş beta versiyası hazırlanır. Həmin versiyaya çoxdan gözlənilən yeniliklər əlavə olunub.

Android üçün WhatsApp-ın yeni versiyasında bizi nələr gözləyir?

İlk yenilik messengerdə ismarıcı bir neçə şəxsə və ya qrupa göndərmək imkanıdır. Daha əvvəllər ismarıcları və ya digər faylları bir dəfəyə yalnız bir şəxsə və ya qrupa göndərmək olurdu. Buna görədə hər dəfə kütləvi ismarıc göndərmə zamanı eyni prosesi bir neçə dəfə təkrar etmək lazım gəlirdi. Bundan əlavə olaraq beta versiyada olacaq daha bir yenilik ismarıc və ya faylın sürətlə sonuncu dəfə əlaqə qurulmuş 3 şəxsə göndərməkdan ibarətdir. Həmçinin yaxın aylar ərzində WhatsApp-da GIF animasiyalar, video zənglər, fotolara imza qoyulma və s. kimi funksiyaların dəstəklənməsi gözlənilir. Qeyd edək ki, qrup halında ismarıcların göndərilməsi funksiyasına sahib WhatsApp-ın yeni versiyası hələki bəzi regionlarda aktivdir.

technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.