Bu, Qadınların Həyatını Qısaldır

01 Ekim 2016
2 188
0
Bu, Qadınların Həyatını Qısaldır
Holland alimləri erkən menopauza (klimaks) keçirən 300 mindən artıq qadının səhhətini araşdırdıqdan sonra belə qərara gəliblər ki, bu kateqoriya qadınlarda ürək xəstəlikləri daha tez-tez inkişaf edir və onlarda vaxtından əvvəl ölümün riski artmış olur.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, həmiçin bu qadınlarda şəkərli diabet və hipertoniya kimi xəstəliklərin inkişafının riski artır. Alimlər bunu qadınların orqanizmində baş verən hormonal dəyişikliklərlə əlaqələndirir.

Qadınlarda menopauza orta hesabla 51 yaşında başlayır və bu normal fizioloji hal sayılır. 45 yaşına qədər başlayan menopauza (klimaks) erkən sayılır.
Qadınlar bilməlidir ki, bir çox hallarda düzgün seçilmiş müalicə erkən menopauzanı dayandıra bilər. Bu səbəbdən erkən menopauzanın ilk simptomlarında qadın dərhal ginekoloqa müraciət etməlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.