WhatsApp üçün yeni bir funksiya daha işıq üzü gördü!

30 Eylül 2016
2 199
0
WhatsApp üçün yeni bir funksiya daha işıq üzü gördü!
Hər keçən gün yenilənmələrlə inkişaf edən Whatsapp, indi də qrup söhbətləri üçün yeni bir funksiyanı istifadəçilərə təqdim etdi. Bəs yenilənmə özündə nələri gətirir?

Daima yeni funksiyalar ilə inkişaf etdirilən Whatsapp, Android tətbiqindəki beta istifadəçiləri üçün 2.16.281 versiya yenilənməsini təqdim etdi. Yenilənmə ilə bir çox səhvlər aradan qaldırıldı və qrup söhbətləri üçün yeni bir xüsusiyyət əlavə edildi.

Beləki qrup söhbətində idarəçi olan şəxslər, kontakt siyahılarının ən üstündə yerləşən "Qrupa link ilə dəvət et” seçimini istifadə edərək söhbətə yeni şəxslər daxil etmək üçün dəvət göndərə bilirlər.

WhatsApp üçün yeni bir funksiya daha işıq üzü gördü!

Bu seçimi istifadə etdiyinizdə tətbiq sizə xüsusi bir URL verir və bunu hərhansı bir şəxslə paylaşaraq onun qrupa daxil olmasına vasitəçi olursunuz.

Haqqında danışdığımız URL, üçüncü dərəcli tətbiqlər üzərindən mesaj yolu ilə, QR kod formatında və ya fiziki NFC tagı ilə göndərilə bilir.

Bu funksiyanı əsasən Whatsapp tətbiqini biznes üçün istifadə edən şirkətlərin yararlanacağını təxmin etmək çətin deyil. Bunun vasitəsilə xüsusi URL-i paylaşaraq bütün bir komandanı Whatsapp söhbətinə daxil etmək mümkün olur.

Əlavə olaraq bu yenilənmə ilə bərabər istifadəçilərin bir başqa söhbətə media məzmunlarını və ya söhbət qeydlərini yönləndirə bildiyi "sürətli çatdır” funksiyasının gəldiyini də bildirək.

technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.