Qadınlar niyə “pis” kişilərə aşiq olur? – SƏBƏBLƏRİ
Qadınlar əksərən “pis oğlan” kimi tanınan kişilərə aşiq olurlar. Bu tip kişilər çox zaman yaraşıqlı, cazibədar olduğu üçün qadınların diqqətini daim çəkir. Lakin bunun sonu çox zaman kədərli bitir. “Pis oğlan” kimi tanıdığımız bu kişilər məsuliyyətsiz olur və ancaq özlərini düşünürlər. Eqoları olduqca yüksək olan bu kişilər hansı xanımı istəsələr, əldə edə biləcəklərini düşündüklərindən heç bir qadın onlar üçün önəm daşımır.
Alimlər qadınların belə kişiləri seçmələrinin bir neçə səbəbini açıqlayıb. Bunun səbəblərindən biri belə kişilərin cazibəsinə qarşı qadınların iradəsinin zəif olmasıdır. Xarici görkəmi yaraşıqlı olan kişilərin yaxşı ata ola biləcəyini düşünən qadınlar münasibətlərin sonunda kədərlənən tərəf olurlar.
Digər səbəb isə qarşılaşdıqları kişinin ağ atlı şəhzadə olduğuna özlərini inandırmalarıdır. Xəyalları və reallığı qarışdıran xanımlar hər zaman gözlədikləri adamla qarşılaşdıqlarını düşündükləri üçün “pis oğlan”larla birlikdə olmağı seçirlər.
Belə kişilər saf, xarizmatik olur və qadınlarla necə davranmalı olduqlarını yaxşı bilirlər. Qadınlar isə əfsuslar olsun ki, onların təsirinə çox asanlıqla düşürlər. Öz ətrafında olan qadınlara diqqət etməyən kişilər daim cazibədar görünürlər. Onlar çox yaxşı ünsiyyət qururlar. Onlarla danışmaq, bizə yazdıqları mesajları oxumaq və onlarla bağlı hər şey bizi həyəcanlandırır. Gün ərzində onlarla danışmağı səbirsizliklə gözləyirik. Bəlkə də bu “nəyəsə asanlıqla sahib olmamağın” verdiyi duyğularla bağlıdır.
Bəzi kişilər qadınları xoşbəxt etmək üçün əllərindən gələni edirlər. Qarlı hava olsa belə, onlar üçün fərqi yoxdur, sadəcə biz istədik deyə gedib qəhvə ala bilərlər. Onlar üçün daim biz ön plandayıq. Bizə heç zaman öz fikirlərini deməzlər, onlar üçün sadəcə bizim fikrimiz önəmlidir. Bütün bunları etdikləri üçün bizə sıxıcı gəlirlər. Bunların hamısını “pis oğlan”lar etmədiyi üçün biz qadınlar onları seçirik.
Çox ünsiyyət yaxşı deyil. Yaxşı kişilər daim bizimlə ünsiyyət qururlar. Həmişə mesaj yazırlar, əhvalımızı soruşurlar və bu, bir müddət sonra bizi bezdirir. Mesajımıza 20 saniyə sonra cavab gəlməsi heç də əyləncəli olmur. Gün ərzində “necəsən?”, “gecən xeyrə” kimi mesajlar daha yaxşıdır.
Ancaq bütün bunlar pis oğlanlarla yaşanmır və yenə də pis oğlanları seçirik. Bu səbəblərə görə, onlara aşiq oluruq. Doğru insanı tapana qədər bu münasibətlər belə davam edir.