Taxma kipriklərə ehtiyacınız olmayacaq!

24 Kasım 2016
1 311
0
Taxma kipriklərə ehtiyacınız olmayacaq!
Yəqin ki, hər bir qadın ömründə bir dəfə də olsa taxma kipriklərdən istifadə edib. Amma taxma kipriklər olmadan da, kipriklərinizi həcmli göstərə bilərsiniz. Bəziləri bunun sirrini düzgün tuşda görsələr də, yanılırlar. Əslində işin sirri tuşu kipriklərə düzgün tətbiq etməkdədir. Kipriklərinizdə taxma kiprik təsiri yaratmaq üçün sizinlə bəzi hiylələri paylaşırıq.

İşə birinci 2 tuşla başlayın. Tuşlardan biri kipriklərinizi darayıb, bir-birindən ayırarkən, digəri onlara həcm və qalınlıq verəcək. Bunun üçün sevdiyiniz və keyfiyyətli hesab etdiyiniz brenddən tuş seçə bilərsiniz. İlk addım səhər yuxudan oyandığınız zaman kiprikləriniz bir-birinə yapışıbsa onları barmaqlarınızla yavaşca ayırmaqdır. Sonra isə daraq rolunu oynayan tuşunuzu hazırlayın. Tuşu çəkmədən əvvəl gözünüzün bitən hissəsindən barmaqlarınızla yavaşca gicgahınıza doğru dartın. Sonra isə tuşu kipriklərinizin diblərindən uclarına doğru bir neçə dəfə çəkin. Nəticədə görəcəksiniz ki, kiprikləriniz həm bir-birindən ayrılıb, həm də bir az da olsa qalınlaşıb. Eyni zamanda kipriklərinizin daha uzun görünməsini istəsəniz tuşu tətbiq edərkən onları qaşınıza doğru uzatmağa çalışırmışsınız kimi uzada-uzada çəkin. Bu prosesi bitirərkən kipriyinizin ən ucuna sıx şəkildə tuşu çəkməyə davam edin.

İkinci addımda isə qalınlaşdırıcı tuşdan istifadə edin. Eyni şəkildə gözlərinizin kənarını gicgahınıza doğru çəkərək tuşu diblərdən uclara doğru ziq-zaq formasında çəkin. Bu prosesi kiprikləriniz istədiyiniz formada olana qədər edin. Əgər kiprikləriniz bir-birinə yapışsa daraq tuşla onları bir-birindən ayırın və daha sonra qalınlaşdırıcı tuşunuzla üstündən bir dəfə də gedin. Sonra 1-2 dəqiqə gözləyin. Tuşunuz qurumağa başlayanda qaşlarınıza doğru kipriklərinizi uzadırmış kimi qalınlaşdırıcı tuşla kipriklərinizin uclarına forma verin. Kipriklərinizin ucları yetərincə formaya düşdükdən sonra prosesi dayandıra bilərsiniz.

Tuş istifadə etdiyiniz zaman kipriklərimiz tökülər deyə qorxursunuzsa, qorxmanıza ehtiyac yoxdur. Əgər hər axşam yatmadan əvvəl kipriklərinizi təmizləsəniz, 3-4 həftə badam yağı ilə onlara qulluq etsəniz uzun və sağlam kipriklərə sahib olarsınız.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.