Qadınlarda ayaqları tüklərdən təmizləmək nə zaman dəbə düşüb ? – Çox maraqlı faktlar
Bu müharibə dövründən qalan bir ənənədir. Müharibə illlərində neylon corabların istehsalı dayandırıldı. Bütün neylon materiallar paraşüt istehsalına sərf olunurdu. Buna görə də qadınlar kapron corabları əvəz edəcək maraqlı tapıntılara əl atdılar. Onlar ayaqlarını qırxır və corab effekti verən boyalarla rəngləyirdilər. Bəli, bəli, bəlkə də indi gülməli və qəribə səslənir, lakin 40-cı illərdə belə xidmətlər göstərən xüsusi qadın salonları mövcud idi.
Bir çox salonlarında qadınların ayaqlarına hər rəng tonunda corrab şəkli çəkilirdi. Ən populyar rəng açıq qqəhvə rəngi idi. Belə rəngi almaq üçün duz, ədviyyat su vvə karameldən xüsusi boya hazırlayıb ayaqlarına çəkirdilər. Kavalerlər məmnuniyyətlə belə “corabları” öpürdülər. Kosmetik sənaye ayaqdda corab təsviri yyaratmağa kömək edən xüsusi kremlər qələmlər , hətta o zaman dəbdə olduğu kimi neylon corabın arxa tərəfində düz xətt çəkməyə yardım edən xüsusi alətər buraxmağa başlamışdı.
Müharibə bitincə corab sənayesi yenidən fəaliyyətə başladı, qırıxılmış təmiz qaddın ayaqları isə gözəllik etalonu olaraq qalmaqda davam etdi.