Doğru kimi bilinən yanlış məlumatlar

15 Aralık 2016
1 635
0
Doğru kimi bilinən yanlış məlumatlar
Bəzən insanlar yanlış məlumatlara kor-koranə şəkildə inanır və bu məlumatlar tədricən doğru kimi qəbul edilir.

Əksəriyyətin inandığı, lakin heç bir həqiqətə söykənməyən bəzi məlumatları təqdim edirik:

– “Ağıllı telefon”ları bütün gecə elektrik cərəyanına qoşulmuş vəziyyətdə saxlamaq batareyaya zərərlidir”.

Zərərli deyil.

– “Çin səddi kosmosdan adi gözlə görünür”.

Halbuki Çin səddi kosmosdan görünə biləcək qədər böyük deyil. Kosmodan yalnız işıqlar aydın görünür.

– “Timsah bizi qovarsa, xilas olmaq üçün ziqzaq formasında qaçmaq lazımdır”.

Timsahlar quruda nadir hallarda ov edir. Bir timsahın quruda maksimum sürəti saatda 15 km-dir.

– “İnsanlar beyinlərinin sadəcə 10 faizindən istifadə edirlər”.

Yanlışdır. İnsanlar beyinlərinin 100%-i yaxınını istifadə edirlər. Beynimizin istifadə edilməyən nöqtəsi yoxdur. Bəzi hissələri bəzən daha çox, bəzi hissələrə bəzən daha az işləyir.

– “Buğaların qırmızı rəngdən xoşu gəlmir”.

Əslində isə buğaları matadorların hərəkətləri əsəbiləşdirir.

– “İldırım eyni yerə iki dəfə düşə bilməz”.

İldırım eyni yerə dəfələrlə düşə bilər.

– “Özümüzü nasaz hiss edəndə C vitamini qəbul etsək xəstələnmərik”.

Yanlış. Xəstəlik yalnız vitaminsizliklə bağlı deyil.

– “Yanacaqdoldurma stansiyalarında mobil telefondan istifadə etmək təhlükəlidir”.

Bu günə qədər YDM-lərdə mobil telefona görə hansısa partlayış və ya yanğın hadisəsi qeydə alınmayıb.

– “Suşi yaponca “çiy balıq” deməkdir”.

Suşi yaponca “duzlu düyü” mənasını verir.

– “Milçəyin ömrü 24 saatdır”.

Milçəklərin ömrü təxminən 1 aydır.

– “Dovşanların daha çox kökdən xoşu gəlir”.

Bu, sadəcə cizgi filmlərində belədir. Əslində dovşanlar daha çox göyərti yeməyi xoşlayır.

– Sezar salatının adı məşhur Roma imperatoru Yuli Sezarın adından götürülüb.

Bu salatı 1924-cü ildə Sezar Kardini adlı italyan aşpaz hazırlayıb. Salat da aşpaza görə belə adlandırılıb.

trend
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.