İt saxlayaq, yoxsa pişik? - 10 FƏRQ

19 Aralık 2016
2 420
0
İt saxlayaq, yoxsa pişik? - 10 FƏRQ
Pişik saxlamaq istəyənlərlə it həvəskarları arasında hər zaman gizli mübarizə gedir sanki. Hərə öz seçimində haqlı olmağa çalışır. Lakin elm adamları heyvansevərlərə müjdə olan araşdırmanın nəticəsini təqdim edib. 600 universitet şagirdinin iştirak etdiyi araşdırmada it və pişik sevərlərin fərqli və ortaq xüsusiyyətləri ortaya qoyulub. Feat.Az həmin xüsusiyyətlərlə sizi tanış edir.

İt həvəskarları dinləyir


İt həvəskarları təbiət baxımından daha itaətkardır. Araşdırmalar sübut edib ki, it həvəskarları “qaydalara uyğun davranmağa daha çox meyllidirlər”, pişik sevənlər isə “cəmiyyət qaydalarına uymaqdan daha çox, qaydaları özlərinə uyğunlaşdırmağa” meyllidir.

Pişik sevənlər ağıllı olurlar

Tədqiqatlar zamanı pişik və it sevən insanlara zəka testi tətbiq olunub. Nəticədə, it həvəskarları daha yüksək bal toplayıblar.

İt həvəskarları canlılığı sevir

Araşdırmalar sübut edib ki, it həvəskarları daha canlı insanlardır. Yəni daha dostsevər və enerji doludurlar. Pişik sevənlərdə isə eyni xüsusiyyətlər aşkarlanmayıb.

Pişik sevənlər açıq fikirli olurlar


Bu, heç də o demək deyil ki, it sevənlər açıq fikirli deyil. Sadəcə olaraq, pişik sevənlər bir az daha açıq fikirlidirlər. Bu vəziyyət ümumi olaraq sənət anlayışı, qeyri-adi fikirlər, macəra, maraq və təcrübələri əhatə edir.

İt həvəskarları insansevər olurlar

Bu, bir sirr deyil ki, pişiklər bir az daha soyuqdurlar. Sahibləri də eləcə. İt həvəskarları isə insanlarla əlaqə yaratmağı sevirlər. İt sahiblərinin həyat tərzi daha aktivdir və onlar itlərinin də digər heyvanlarla sosiallaşması üçün tez-tez çölə çıxarırlar.

Pişik sevənlər sevgi, it həvəskarları dostluq axtarırlar


Pişik sahibləri heyvanlarından sevgi gözləyirlər, it sahibləri isə dostluq. Tədqiqatçıların fikrincə, insanlar heyvanlarını öz şəxsiyyətlərinə görə seçmiş ola bilərlər. Məsələn, pişiklər özlərini qoruyan, müstəqil heyvanlar kimi tanınırlar.

Pişik sevənlər həssas olurlar


Çox vaxt insanlar həssas olmağı bir qəbahət hesab edirlər. Lakin bu, belə olmamalıdır. Pişik sevənlər daha çox həssasdırlar və bunu gizlətmirlər.

İt həvəskarları daha çoxdur


Heyvanlar haqqında aparılan tədqiqatda iştirak edənlərin 60 faizi it, 11 faizi pişik seçib. Qalanlar isə ya ikisini də sevir, ya da ümumiyyətlə, heç bir heyvan sevmir. Bu da onu göstərir ki, it həvəskarları üstünlük təşkil edir.

Pişik sevənlər təkliyi seçir

Araşdırmalara görə, pişik sevənlərin üçdə biri tək yaşamağa üstünlük verir. İt həvəskarları isə sevgilisi və ya ailəsi ilə birlikdə yaşayır.

İt həvəskarları ağır xarakterlidirlər


Araşdırmaya görə, it həvəskarları pişik sevənlərə nisbətən daha ağır xarakterli və hakimiyyət düşkünüdürlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.