Yerin altında inanılmaz dünya - FANTASTİK
Nəhayət ki, 2009-cu ildə bir qrup britaniyalı alim mağaranı yenidən aşkar etməyə qərar verib. Alimlərin araşdırması nəticəsində məlum oldu ki, “Son Doong” dünyanın ən böyük mağarasıdır. Elə həmin il yerin altında 5 kilometr uzunluğunda, 150 metr enində yeni aləmin rəsmi açılışı elan olunub.
Feat.az bu unikal yer və ecazkar aləm haqqında maraqlı faktları təqdim edir.
İçəri düşmək üçün ipin köməyi ilə 80 metr dərinlikdə yerin altına enmək lazımdır.
Mağarada axını kifayət qədər sürətli olan çay axır.Bundan başqa, mağarada çimərliklər, hətta kiçik saf göllər var.Mağara qədim qurumalar və stalaktitlərlə zəngindir.
Burada həmçinin hündürlüyü 70 metrə qədər yüksələn “stalaqmit” uzanır.Mağara incilərindən nəhəng əhəngdaşının birini özlərinə suvenir kimi götürmək olar.
Mağarada hündürlüyü 3 metr olan ağaclar da yetişir. Burada müxtəlif heyvan növləri yaşayır: Uçan tülkü və meymun, quşlar-kərgədanlar.Mağaranın hətta iqlimi də unikaldır. Temperaturun kəskin dəyişməsi səbəbindən burada buludlar yaranır.