Necə iş tapmaq olar?

19 Aralık 2021
2 196
0
Necə iş tapmaq olar?
Özünüz üçün iş axtarışının kriteriyalarını dəqiq təyin edin. Yalnız məqsədlərinizə tam uyğun gələn vakansiyaları seçin. Digər namizədərlə bərabər olaraq rəqibliyinizin önəmli potensiallığını tam layiqli qiymət verilməsinə diqqət yetirin.
Dostlar və tanışlar
Gənc tələbə və ya məzun iş axtardığı barədə məlumatı ilk öncə dostlar və tanışlara çatdırmalıdır. Belə görünə bilər ki, bu ən rahat və etibarlı üsuldur. Lakin, müasir zamanda ixtisaslaşma və peşəkarlıq üstünlük verildiyindən karyeranı bunun üzərində qurmaq həmişə mümkün olmür. İstənilən halda CV-ni yazmaq və müsahibədın keçmək lazım gələcək. Digər tərəfdən, idarələrin kadr şöbələrində olan indormasiya çoxluğu və şəxsi zəmanətin əhəmiyyəti dərəcədə məsuliyyətli oldüğündan bu şansdan da faydalanmaq məsləhətdir.
Kadr agentlikləri və İşədüzəltmə şirkətləri ilə əməkdaşlıq hansı hallarda əlverişlidir?
İri şirkətlərdə geniş iş təcrübəsinə malik olan şəxslərə işə düzəltmə şirkətləri tərəfindən iş tapmaq daha asan olur. Onlara sadəcə elektron poçt vasitəsilə müracıət etmələri məqsədəuyğun hesab olunur. Uyğun gələn vakansiya olduqda işədüsəltmə agentləri dərhal özlrəri Sizə müraciət edəcəklər. Belə əməkdaşlıq daha çox uğurlu nəticələr verir. İşədüzəltmə şirkətləri tərəfindən iş tapan şəxslər həmin agentlərə öz təşəkkürlərini bildirirlər. İri işədüzəltmə şirkətləri mövcud olan stabil və iri şirkətlərlə əməkdaşıq edirlər ki, perspektivli vakansiyalar da onlardan almaq ehtimalı çoxaldır. Həmin agentliklərdən imtina edərək, Siz mühüm vakansiyalardan xəbərdar olmamaq riskini artırmış olursunuz.
Hansı şirkəti seçmək lazımdır — yerli yaxud xarici?
Xarici şirkət menecerə malın satış strategiyası üzrə yeni biliklər verir. Yerli şirkət isə, menecerin vadar edir ki, özü bu strategiyanı qursun və satış sistemində özü qərar versin. Bununla bərabər insanların və layihələrin idarəolunmasında təcrübə qazanaraq, həmçinin karyera quruluşunda biznes məsələlərinin həllində iştrak edərək, yüskək peşəkarlıq səviyyəli idarəedən mütəxəssis pilləsinə qalxmağa zəmin yaranır. Bütün çətinliklərə müqavimət göstərmək və kritik məqamlarda özünü itirməmək kimi biznes keyfiyyətlərinin əldə olunmasına şərait yaradır. Ekspertlər qeyd edirlər ki, xarici mütəxəssislərin yerli şirkətlərə miqrasiyası praktiki olaraq sıfıra bərabərdir. Lakin əks istiqamətdə axın daha da çoxalır.
İş axtarışının qaydaları
Sadəcə telefon qarşısında zəng gözləyrək yaxşı iş tapmaq olmur. Şirkətlər bir çox oxşar tərcümeyi-halları qebul edir, lakin hamisina nəzər sala bilmirlər.Şirkətin işə qəbul prossesində məsul əməkdaşı ilə şəxsi əlaqə yaratmaq — bu iş axtarışının əsas amilidir. Buna görə, ən yaxşı üsul — tərcümeyi-halı göndərib və zəng etmək.
Əksər vakansiyalar reklam olunmurlar. İnternet saytlardaki və qəzetlərdəki vakansiya elanlarına nəzər Sizin iş axtarışı prossesinin bir qismi olmalıdır. Sizi maraqlandıran şirkətlərə tərcümeyi-halı göndərərək mütəmadi olaraq həmin şirkətlərə zəng etməlisiniz. Bu halda iş tapmaq şansını artırmış olursuz.
İş axtarışı tərcümeyi — halın kütləvi göndərilməsi ilə çərçivələnməməlidir. Əsas güc ona yönəlməlidir ki, özünüzə perspektivli hesab etdiyiniz şirkələrlə mütəmadi əlaqə saxlamaq olmalıdır.
Kütləvi İnformasiya Vasitələri
Vakant iş yerləri haqqında elanlarla zəngin olan qəzetlər ilk növbədə rahatlığı ilə seçilirlər, maraqlı məlumatı rəngli qələmlə işarələmək mümkündür. Belə qəzetlərin əksəriyyətinin internet səyəfələri də var və bu halda evdən çəxıb xüsusi olaraq bu qəzetləri almağın mənası olmur. Bu qəzetlər – “Birja”, “Birja+”, “SuperMarket”, ixtisaslaşmış iş elanları ilə bərabər digər kateqoriyadan olan elanları (alqı-satqı, kirayə, xidmətlər və s.) da dərc edirlər.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.