Üzünüzü limon dilimi ilə silin

14 Aralık 2021
2 699
0
Üzünüzü limon dilimi ilə silin
Limon üz dərisinə çox müsbət təsir edir və bu səbəbdən bir çox kosmetik maskaların tərkibində geniş istifadə olunur.

Feat.Az bildirir ki, dərisi yağlı olanlar hər səhər və axşam üzünü limon dilimi ilə silə bilər. Bu sadə prosedurun bir çox faydası var:

1. Limon şirəsi dərinin rəngini yaxşılaşdırır, dərini ağardır, piqment ləkələri, çilləri görünməz edir.

2. Limon şirəsi güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən dərini yaxşı təmizləyir, civzələr və sızanaqların azalmasına kömək edir.

3. Yağlı dərinin pis parıltısını götürür, dərini qurudur, məsamələri daraldır.

4. Dərini tonuslaşdırır, yorğunluq izlərini azaldır.

5. Antioksidantlarla (xüsusi C vitamini ilə) zəngin olduğundan dərini cavanlaşdırır, erkən qırışların əmələ gəlməsinin qarşısını alır./axşam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.