Damarları təmizləyib xolesterini aşağı salan təbii üsullar

28 Ocak 2017
1 755
0
Damarları təmizləyib xolesterini aşağı salan təbii üsullar
Xolesterin insan orqanizmi və bir çox hormonların sintezi üçün həyati vacib olan maddədir. Bu səbəbdən xolesterini "ziyanlı" maddə saymaq doğru olmazdı. Lakin qanda xolesterinin səviyyəsi normadan artıq olduqda, bu, çox təhlükəli sayılır.

Məsələ burasındadır ki, artıq xolesterin damarlarda yığılır, damarları daraldır, onların elastikliyini azaldır, damarlarda iltihabın inkişafına səbəb olur. Bu isə çox təhlükəli vəziyyətdir. Damar tam bağlana, bu damarda qanın axması dayana və zədələnmiş damar yırtıla bilər. Bunlar isə insult və infarkt kimi ağır fəsadların, hətta ölümün səbəbi olar.

Feat.Az publika.az-a istinadən xolesterin səviyyəsini normaya salan qidaların siyahısı təqdim edir:

Alma

Klimaksdan sonra qadınlar arasında aparılan tədqiqatda məlum olub ki, hər gün alma qurusu yeyənlərdə pis xolesterin səviyyəsi 23 faiz azalıb, yaxşı xolesterin isə 4 faiz artıb. Başqa bir tədqiqatda isə hər gün bir alma yeyən insanların ürək xəstəliklərindən çox nadir hallarda əziyyət çəkdiyi ortaya çıxıb. Alma həm də infarkt və iflic riskini azaldır.

Paxla

Gündə yalnız yarım stəkan paxla, barbunya, noxud və ya çin viqnası yeyərək xolesterini nəzarət altında saxlamaq olar.

Qatıq

Araşdırmalara görə, probiyotik ehtiva edən qatıqlar sadəcə xolesterini balanslaşdırmaqla qalmır, eyni zamanda qanda şəkərin miqdarını tənzimləyir, homosistein səviyyəsini nəzarətdə saxlayır. Beləcə, ürəyi qoruyur.

Sarımsaq

Sarımsaq yüksək təzyiqi aşağı salır, damar əhənglənməsinin qarşısını alır və xolesterini azaldır.

Keşniş

Keşniş bədəni ürək xəstəliklərindən qoruyur. Arteriyalarda yağ yığılmasının qarşısını alır. Dolayısı ilə pis xolesterini əhəmiyyətli dərəcədə azaldır.

Qırmızı yonca

Qırmızı yonca ürək xəstəliklərinin müalicəsində və qarşısının alınmasında olduqca faydalı və təbii dərman bitkisidir. Aparılan araşdırmalara görə, qırmızı yonca pis xolesterini azaldaraq arteriyaların elastikliyini artırır. Quru qırmızı yonca çiçəklərini dəmləyib çay kimi için.

Zəncəfil

Başqa bir araşdırmaya görə, zəncəfil də xolesterini aşağı salan təsirli bitkidir. Gündə 1 stəkan təzə zəncəfili çayı xolesterini effektiv şəkildə aşağı salır. Yaxud da yeməklərə bir qaşıq zəncəfil tozu əlavə edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.