İqtisadi böhrandan qorunmağın 11 YOLU

16 Mart 2022
1 303
0
İqtisadi böhrandan qorunmağın 11 YOLU
İqtisadi böhranı faciə etməyə ehtiyac yoxdur. Hər bir problemin həlli var. Sadəcə qabaqlayıcı tədbirlər görmək lazımdır. Aile.lent.az iqtisadi böhrandan qorunmağın yolları ilə sizi tanış edir.

1. Bu günlə yaşayın, anın dadını çıxarın, çaxnaşmaya düşməyin. Gələcəyi fikirləşmək narahatlığı sizi təlaşa sala bilər. Sakitləşdikdən sonra yaxın və uzaq gələcəkdə ailə və uşaqlarınız üçün ehtiyacınız olanları və istədiklərinizi bir kənara yazın. Qarşılarına isə bu ehtiyacları necə qarşılayacağınızı yazın. "Amma", "olmaz ki", "qeyri-mümkündür" kimi mənfi sözlərdən istifadə etməyin.

2. Səadəti satın almaq üçün axtarmağa ehtiyac yoxdur. Pula ehtiyacınız olmayan fəaliyyətlər və əsla alınıb satılmayan duyğular olduğunu xatırlayın. Məsələn, hər gün evdə 10 dəqiqə məşq edin. Bu, bir elmi faktdır ki, qan dövranı sürətləndikcə həm özünüzü daha enerjili hiss edəcəksiniz, həm də beyninizə qan gedəcək və daha yaxşı fikirləşə biləcəksiniz. Sevdiyiniz və müsbət ortaq xatirələriniz olan insanlarla keçirəcəyiniz vaxt isə onsuz da satılmayan bir zaman hissəsidir.

3. Qonşunuzla ortaq internet istifadə edin. Televiziya paketini ləğv edin və internetdən televiziyanı izləyin. Yalnız kompüterinizi televizora bağlayacaq bir alətə ehtiyacınız var.

4. İstifadə etdiyiniz cib telefonu paketini dəyişdirin və telefon danışıqlarınızı internet üzərindən edin.

5. İstifadə etmədiyiniz əşyalarınızı satın və ya kirayəyə verin. Avtomobil, televizor, gəlinlik və s. Sata bilməyəcəyiniz əşyalarınızı ehtiyacı olanlara verin. Paylaşma duyğunuzu inkişaf etdirmək yoxsullaşma hissinizi azaldacaq.

6. İctimai nəqliyyatdan istifadə edin. Qısa məsafələrə piyada gedin.

7. Ödəmələrini gecikdirdikcə faiz artır. Ona görə də kreditlərinizi yavaş-yavaş ləğv edin və kredit kartı borclarınızı vaxtında ödəyin.

8. Evdə yaxşı vaxt keçirməyin yollarını axtarın. Qəhvə içmək, marağınıza səbəb olan kitab oxumaq və ya filmə baxmaq çöldə keçirəcəyiniz vaxtdan daha qənaətli başa gələcək. Gündə 1 fincan qəhvədən aylıq xərcinizi hesablayın, o zaman bunun əhəmiyyətini daha yaxşı anlayacaqsınız.

9. Uşaqlarınıza bu dövrü daha rahat keçirmək üçün bəzi tədbirlər görməyin qaçılmaz olduğunu izah edin və cibxərcliyini daha qənaətlə istifadə etmələrini öyrədin. Məsələn, çips sevirsə, evdə birlikdə kartof qızardın və ya çips hazırlayın.

10. Daha çox yemək xərclərinə qənaət etmək lazımdır. Tox tutan sadə paylar hazırlayın. Sadə, lakin bir neçə cür yemək hazırlayın.

11. Köçün. Siz ağac deyilsiniz. Daha az kirayə ödəyəcəyiniz bir yerə köçün. Varsa, ailənizdən qalan evdə yaşaya bilərsiniz. Əgər sizin üçün dözülməz deyilsə, ailənizlə birlikdə yaşayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.