Albert Eynşteynin qanunları ruhların varlığını sübut etdimi?

06 Şubat 2017
1 375
0
Albert Eynşteynin qanunları ruhların varlığını sübut etdimi?
Hər gecə ölkənin dörd bir yanından gizli ruh ovçu qrupları ruh tapmaq ümidiylə tərk edilmiş anbarlara, köhnə binalara və qəbiristanlıqlara üz tuturlar. Bunların çoxu özləri ilə ruh enerjisini təyin etmək üçün özlərinə kömək olacağına inandıqları elektron alətlər də gətirirlər.Televiziyada və gerçək həyatdakı ruh ovçularının illərdir davam edən səylərinə baxmayaraq hələ əlimizdə ruhların gerçək olduğuna dair dəlil yoxdur. Ruh ovçuları ruhların varlığına güclü bir dəstəyi müasir fizikadan tapıla biləcəyinə inanır. Xüsusilə bütün zamanların ən böyük elm insanı Albert Eynşteynin ruhların həqiqəti üçün elmi bir təməl təqdim etdiyini düşünürlər.

Yaxın zamandakı bir Google axtarışında Eynşteynin enerjinin saxlanması mövzusunu əhatə edən işləri ilə ruhlar arasında bir əlaqə olduğunu iddia edən 8 milyon nəticə qeydə alındı. Mövzunun mütəxəssisləri də bu iddianı davamlı təkrarlayırlar. Məsələn ruh araşdırmaçısı John Kachuba 2007-ci ildə qələmə aldığı “Ghosthunters” adlı kitabında bunları yazır:

“Eynşteyin kainatdakı ümumi enerjinin sabit olduğunu, enerjinin yaradılmayacağını və ya yox edilə bilməz olduğunu sübut etdi. Elə isə öldüyümüz zaman o enerjiyə necə olur? Əgər yox olmursa Dr. Eynşteynə görə başqa bir enerji formasına çevrilməsi mütləqdir. Bəs bu yeni enerji nədir? Bu yeni varlığa ruh deyə bilərikmi? “

Bu fikir bütün ruh mövzulu internet saytlarında də özünü göstərir və ruhların varlığı üçün dəlil olaraq təqdim edilir.Məsələn Tri County Paranormal adlı bir qrup bu şərhi belə təqdim edir:”

Albert Eynşteyinin enerjinin yaradılıb yox edilə bilməyəcəyini, yalnızca bir şəkildən başqa şəklə çevriləcəyini dedi. Həyatta olduğumuz zaman bədənimizdə bir elektrik enerjisi olur. Yaxşı yaşayarkən ürəyimizin atmasını, nəfəs almağımızı təmin edən bu enerjiyə öldükdən sonra nə olur? Bunun asan bir cavabı yoxdur. “

Əlbəttə cavab əslində çox sadə və o qədər də sirli deyil. Bir adam öldükdən sonra bədənindəki enerjisi ölən bütün orqanizmlərin enerjilərinin getdiyi yerə gedir,yəni ətraf mühitə. Bir insan öldüyü zaman bədənində saxlanan enerji istilik enerjisi olaraq ortaya çıxar və bu bədəni istehlak edən heyvanlara (məsələn basdırılmamışıqsa vəhşi heyvanlara, dəfn edilmişiksə o zaman soxulcanlar və bakteriyalara) ya da bitkilərə köçürülər. Bədənimiz yandırıldığı zaman isə bədənimizdəki enerji istilik və işıq şəklində ortaya çıxar.

Ölü bitki ya da heyvanları yediyimiz zaman onların enerjisini istehlak edir və özümüzün istifadə etməsi üçün çeviririk. Qidalar həzm edildiyi zaman metabolizm edilirlər, kimyəvi reaksiyalar da canlının yaşaması, hərəkət etməsi və törəməsi üçün lazımlı enerjini ortaya çıxarırlar. Bu enerji isə istilik və kimyəvi enerji şəklində var olur, parıldayan xəyali bir elektromaqnetik enerji topu formasında deyil.


Bir çox ruh ovçusu qarabasmalar tərəfindən yaradılan elektrik sahələrini təyin etdiklərini deyirlər. İnsanlarda və digər organizmalardakı metabolik proseslərin çox aşağı səviyyəli elektrik axınlarını çıxardığı doğru olsa da orqanizm öldüyü zaman bunların istehsalı də dayanır. Elektrik cərəyanı dayanır çünki enerjinin qaynağı yox olur – eynilə elektriki söndürdüyünüz zaman yanan bir lampanın sönməsi kimi.

Hər hansı bir ölünün arxada buraxdığı “enerjinin” ətrafa qida olaraq geri qayıtması üçün uzun illər lazımdır. Gerisi isə ölümdən qısa müddət sonra dağılır və illər sonra elektromaqnit sahəsində (EMF) təsbit edilən kimi ruh ovçularının sevdiyi cihazlar tərəfindən təyin oluna biləcək heç bir şəkildə tapılmazlar. Eynşteynin nəzəriyyələrinin ruhlar üçün möhkəm bir təməl meydana gətirdiyi iddiasını təkrarlayan ruh ovçuları ruhlarla bağlı hər hansı bir məlumatdan çox öz cılız elm anlayışlarını sərgiləyirlər. Ruh həqiqətən var yoxsa yoxdu bilmirik, amma nə Eynşteyin nə də onun fizika qanunları belə bir iddia ortaya qoymurlar.


Mənbə: livescience.com
Tərcümə: rezonanss.com

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)
21:00
562

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1 860

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)
19:00
524

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)

Sevdiyim Yazılı Şəkillər 2019 (86)
18:00
648

Sevdiyim Yazılı Şəkillər 2019 (86)

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...
17:00
68

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
273

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)
15:00
600

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)

Dadı acı olsa da...
14:00
114

Dadı acı olsa da...

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar
13:00
357

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ