Google Play heç cür App Store-u ötə bilmir

21 Ekim 2014
1 575
0
Google Play heç cür App Store-u ötə bilmir
Google Play heç cür App Store-u ötə bilmir


App Annie analitik xidmətinin hesabatına əsasən, Google Play onlayn mağazasından proqramların yüklənmə sayı Apple App Storenin müvafiq göstəricisini 60% ötür. Ancaq belə kəskin fərqə baxmayaraq, tərtibatçılar App Store üzərindən satışlardan əvvəlki kimi yaxşı qazanırlar.

App Storenin istifadəçiləri əvvəlki kimi tərtibatçılar üçün cəlbedicidir, belə ki, mağaza Android-cihazlar üçün müvafiq xidmətlə müqayisədə 60% daha çox gəlir generasiya edir.
Bu, onunla bağlıdır ki, Google şirkəti Android platforması ilə işləyən qurğularını inkişaf etməkdə olan ölkələrdə daha aktiv yayır, sonuncuların istifadəçiləri isə tətbiqləri satın almağa deyil, pulsuz proqramlar yükləməyə üstünlük verirlər. Google Playın populyarlığı, əsasən Hindistan, Braziliya və İndoneziyanın hesabınadır.
Eyni zamanda, sözügedən onlayn mağazanın gəliri üçün ən böyük töhfə ABŞ və Cənubi Koreya istifadəçiləri tərəfindən edilib.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.