Kompüteriniz üçün vacib 10 pulsuz proqram

25 Mart 2017
1 115
0
Kompüteriniz üçün vacib 10 pulsuz proqram
Kompyuteriniz Windows əməliyyat sistemi ilə çalışırsa, bu siyahıda olan proqramlar sizdə mütləq olmalıdır. Çünki: a) onlar faydalıdır; b) onlar pulsuzdur. Beləliklə, hər bir ev kompyuterində olmalı olan proqramlar bunlardır:

1. Skype


Skype — pulsuz videozəng funksiyasını təqdim edən ən populyar proqramdır. Təəccüblü deyil ki Microsoft bu proqramı satın alıb və özünün Windows əməliyyat sisteminə daxil edib. İndi bu messencer sistemin tərkib hissəsi kimi yayılır. Hər hansı bir versiyada Skype yoxdursa, onu rahat şəkildə rəsmi saytdan yükləmək olar.


2. U torrent – torrent proqramı

Film, musiqi albomları, proqramlar, bir sözlə irihəcmli faylları yükləmək üçün brauzer o qədər də rahat deyil. İnternetimizin “gözəl” keyfiyyəti səbəbindən yükləməniz istənilən bir məqamda dayana bilər, sürət qeyri stabil ola bilər bu da vaxt və əsəb itkisidir. Bu cür yükləmələr üçün xüsusi proqramlar var. Məsələn uTorrent. Bu proqram özündə yüksək sürətli işi və yükləmələrin zəngin ayarlar seçimini birləşdirir. Bunun müqabilində proqramda olan bannerləri də bağışlamaq olar.



3. VLC media pleyer




Sistemin daxilində olan Windows Media player əksər formatda videoları oxuda bilir. Lakin diskdən və ya internetdən olan bir çox videoları açmaya bilər. Bu halda pulsuz alternativi olan VLC pleyeri sınayın. VLC – sadə və eyni zamanda güclü pleyerdir- DVD və videoyayımlar daxil olmaqla çoxlu sayda multimedia formatlarını “aça” bilir.


4. Google Chrome

Veb brauzer kompyuterdə ən çox istifadə olunan proqramlardandır. Nə qədər qəribə olsada Windows-un ən zəif yeri də elə sistemin öz internet brauzeri, İnternet Explorer olub. Azdan çoxdan təcrübəli istifadəçilər onun narahat, ləng işləməsi səbəbindən alternativ proqramlardan yararlanıblar. Məsələn,Google Chrome. Chrome çoxlu əlavələri olan, müxtəlif cihazlardan istifadəni dəstəkləyən, müasir texnologiyalara adaptasiya olunan pulsuz proqramdır.


5. Paint.NET

Photoshop – əla proqramdır, lakin adi istifadəçi şəkili kəsmək, ölçüsünü dəyişmək, sadə redaktəetmək istəyirsə ona daha tez anlaşılan,öyrənilməsi xüsusi sertifikat tələb etməyən bir proqram lazımdır. Paint.Net – “yüngül”, minimalistik dizaynı olan fotoredaktor proqramıdır. Rahat və pulsuzdur.


6. Google Drive


“Bulud” xidmətləri sizə vacib olan faylların (sənəd, foto və s.) təhlükəsizliyi üçün onların kopiyasını etməyə qadirdir. Bu proqramların ən populyarı məhz Google Drive-dır. Sadəcə kompyuterinizə yükləyin və öz google akkauntunuzla daxil olun. Sefvis istifadədə rahatdır, sizin üçün vacib olan hər hansı faylları saxlamaq üçün 15 Gb yer təklif edir. Üstəgəl digər Google servisləri ilə də çalışır.


7. AimP

Vaxt var idi kompyuterdə mp3 faylları yalnız Winamp-da dinləyirdik. Lakin artıq bir neçə ildir ki bu pleyer layihə olaraq bağlandı və yenilənmir. Winampın ən yaxşı xüsusiyyətlərini və əlavə olaraq yeni funksiyaları özündə birləşdirən, ən populyar və pulsuz musiqi oxuducusu AimPi sizdə kompyuterinizə yükləyin .İndiyə kimi bunu etməmisizsə.


8. 7 ZİP

Hər birimiz mütəmadi olaraq arxiv faylları (əsasən .zip və .rar) açmalı oluruq. Sənəd, video, şəkillər və digər materialları sizə arxiv şəklində göndəriblərsə, onları xüsusi proqram olmadan açmaq mümkün olmayacaq. Bunun üçün kompyuterinizə 7-zip utilitini yükləyin. Arxivləri açmağa və yaratmağa bacaran bu proqram həm də pulsuzdur.


9. Ccleaner


Kompyuterdən istifadə etdikcə, sistemdə “zibil” (keş, müvəqqəti fayllar, vaxtı ilə quraşdırılmış proqramların “izləri”) yığılır. Getdikcə Windows daha tez tez səhvlər edir və ləng işləyir. Ccleaner proqramı əməliyyat sistemini sadə, universal “təmizləyici” vasitəsidir. Sərt diskdə yer boşaldır, brauzer və digər proqramların yaratdığı müvəqqəti faylları aradan qaldırır, Windows reyestrini qaydaya salır, lazımsız tətbiqetmələri pozmağa kömək edir. Ccleaner yarıavtomatik rejimdə çalışır, və onu tənzimləməyə xüsusi ehtiyac yoxdur.


10. Kaspersky Free


Ümumiyyətlə indiki zamanda internetə qoşulmuş istənilən Windows kompyuterində antivirus proqramı olmalıdır. Siyahımda yalnız pulsuz proqramları təqdim etməyə söz verdiyim üçün sizə Kaspersky studiyasının sadə və əsas qoruyucu alətlərlə təmin olunmuş proqramı olan Kaspersky Free-ni məsləhət görürəm.

Qeyd edim ki , bu qısa və şərti siyahıdır. Və kompyuterdə görülən işlər üçün lazım ola biləcək proqramların sayı daha çoxdur. Lakin təqdim etdiyim proqramlar öz janrlarında ən yaxşılarından və pulsuz olduqlarından onları sizə şiddətli şəkildə tövsiyyə edirəm. Uğurlar!

texnogid.com
Əvvəlki Xəbər Növbəti Xəbər