Boğaz ağrısına faydalı olan bitki çayları
Bitkilərlə hazırlanan çaylar və ağız qarqaraları, boğaz ağrısı müalicəsinə iki fərqli şəkildə köməkçi olur. İlki, iltihab yaranmış boğaz çəpəri üzərində mukozaya bənzər bir təbəqə meydana gətirərək daha çox iltihabın qarşısını alır, ikincisi isə boğazda yaranan iltihablanmağı yüngülləşdirib, immunitet sisteminə köməkçi olaraq, ağrıya səbəb olan xəstəliyin daha qısa müddətdə keçməsini təmin edir. Aşağıdakı bitkiləri isti çay olaraq istehlak edə bilərsiniz ancaq nizamlı olaraq dərman istifadə, hamilələr və ya başqa bir narahatlığı olanlar, bu çayların ola biləcək əks təsirindən qorunmaq üçün çayı hazırlayıb soyutduqdan sonra qarqara suyu olaraq istifadə edə bilərlər.
Adaçayı
Soyuqdəymə deyilincə ağla ilk gələn çay olan adaçayı boğaz ağrısı və öskürək müalicəsində olduqca təsirlidir. Anti-mikrob və anti-iltihab xüsusiyyətləri ilə boğazdakı iltihablanmanı azaldır. Adaçayına bir neçə damla limon əlavə etməklə bədəninizi C vitamini ilə təmin edə bilər ya da təbii bir antiseptik olan balla dadlandıra bilərsiniz. Çayı hazırlamaq üçün 2 çay qaşığı adaçayına 1 stəkanlıq qaynar su əlavə edin və 5 dəqiqəyə qədər dəmdə qalsın. Əgər çayı çox saxlasanız dadı acılaşacaq
Biyan kökü çayı
Biyan kökü; boğaz ağrısı müalicəsində istifadə edilən ən qədim bitkilər arasındadır. Biyan kökü (Glycyrrhiza glabra) yalnız boğaz infeksiyası üçün deyil, ağız içi yaraları, mədə xorası, allergiya və viral infeksiyalar üçün təsirli bir bitkidir. Bu çayı isti olaraq içə, ya da soyumağa buraxdıqdan sonra gün ərzində 3-4 dəfə qarqara suyu olaraq da istifadə edə bilərsiniz. Biyan kökü çayının həddindən artıq istehlakı təzyiqi yüksəldə və kaliumu sala bilər. Bu görə də diqqətli şəkildə istifadə olunmalıdır, riskə atmamaq üçünsə bu çaydan qarqara suyu olaraq istifadə məsləhətdir.
Çobanyastığı çayı
Əsəbləri sakitləşdirən və yuxu gətirən çobanyastığı çayı iltihab önləyici xüsusiyyəti ilə boğaz ağrısı müalicəsində istifadə edilə bilər. İş yerində çobanyastığı çayı içmək yuxu gətirə bilər. çobanyastığı çayını hazırlayıb soyutduqdan sonra bir şüşəyə qoyaraq qarqara suyu olaraq gün boyu istifadə edə bilərsiniz.
Qaraağac çayı
Xüsusilə Şimali Amerika ölkələrində boğaz ağrısı üçün ənənəvi bir dərman olaraq istifadə edilən qaraağac çayı (İngilis dili: Slippery Elm – Sürüşkən qaraağaç, latıncası: Ulmus rubra Muhl) Qaraağacın daxili qabıqlarından əldə edilməkdədir. Bu qabıq suyla təmas etdiyində gel bənzəri bir maddəyə çevrilir və boğaz çəpərini örtərək qıcıqlanmanı azaldarkən boğaz ağrısını da yüngülləşdirir. Qaraağac qabığını apteklərdən ala bilərsiniz.
Evkalipt çayı
Soyuqdəymə və qrip əlamətlərini yüngülləşdirmək də olduqca məşhur bir bitki olan evkalipt, boğazı sakitləşdirir, bronxit və sinuzit ağrılarını da yüngülləşdirir. Bitkini çay olaraq hazırlaya, ya da qaynar suya 2-3 qaşıq evkalipt atdıqdan sonra buxarını nəfəsinizə cəkərək burnunuzu aça bilərsiniz. Evkalipt çayını da soyutduqdan sonra ondan qarqara suyu olaraq istifadə edilə bilərsiniz.
Boğaz ağrısı üçün digər məsləhətlər
Gündə 3-4 dəfə duzlu su ilə qarqara edə bilərsiniz. Qarqara üçün 1 çay qaşığı duzu 1 su stəkanı ilıq suyla qarışdırın.
Boğazın qurumasının qarşısını almaq üçün bol bol maye qəbul edin. İlıq suya 1 çay qaşığı bal qarışdıraraq boğazınızı yumşalda bilərsiniz.
Havanın quruması boğazınızı da qurudur. Qış aylarında evin və ya iş yerinizin havasının kifayət qədər nəmli olmasına diqqət edin.