Bu dibçəkdən hər evdə olmalıdır
Feat.Az immunitet.az-a istinadən bildirir ki, evdəki atmosferə təsir edə bilən dibçəklərdən biri də ətirşahdır. Mütəxəssislər ətirşah bitkisindən hər evdə saxlamağı məsləhət bilir. Bu bitkinin evdə becərilməsini vacib edən 9 səbəbi sizə açıqlamaq istəyirəm.
1. Ətirşah ev adamlarında olan depressiya əlamətlərini aradan qaldırır, sinir sistemini möhkəmləndirir. Dibçək qoyulduğu yerdə otağın pis havasını neytrallaşdırır.
2. Ətirşah dibçəyini sevdiyiniz adama rahatlıqla hədiyyə edə bilərsiniz. Bu bitki olan evdə qarşılıqlı anlaşma və sevgi olur.
3. Ətirşah yarpaqlarında efir yağları çoxdur. Bunu hiss eləmək üçün onun yarpaqlarına toxunmaq kifayətdir. Efir yağı ən çox ətirşahın günəş şüalarına məruz qaldığı zaman daha çox özünü bildirir.
4. Ətirşahın qoxusu evdən ağcaqanadları və həşəratları qovur.
5. Ətirşahdan baş ağrıları və soyuqdəymə zamanı istifadə etdikdə xəstəliyin əlamətlərini aradan qaldırır. Ətirşah otağın havasını təmizləməklə yanaşı, bakteriyaları da öldürür. Onun şirəsini qulağa damdırdıqda qulaq ağrısı kəsilir.
6. Ətirşah yağı hormonların normallaşmasına səbəb olur. Axşam içilən çaya 5 damcı ətirşah yağı damızdırmaq sizə romantik bir gecə yaşada bilər.
7. Ətirşah sinir sistemi, arterial təzyiq, yuxusuzluq, mədə-bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. Ətirşahın dəmləməsi qara ciyər və öd kisəsi problemlərini həll edir. Diş ağrısı zamanı yarpaqlarını çeynəmək ağrını aradan qaldırır.
8. Radikulit zamanı ətirşah yarpaqlarını əzib bel nahiyəyə oymaq ağrını aradan qaldırır.
9. Parapsixologiyada ətirşahın biosahəsi olduğu iddia edilir. Bu səbəbdən də ətirşah bəslənən evdə onkoloji xəstələrin olmadığı söylənilir.