Günəş ləkələrinə qarşı maska – EVDƏ HAZIRLAYIN
Lazım olan vəsaitlər:
* 2 qaşıq qatıq
* ½ qaşıq karbonat
* ½ qaşıq limon suyu (Təzə sıxılmış)
Maskanın hazırlanması:
Qatığı bir qaba qoyun, üzərinə karbonatı tökün və qarışdırın. Daha sonra üzərinə limon suyunu da əlavə edin. Əvvəlcə maskadan bir azca götürüb ləkənin üzərinə sürtün. Bir neçə dəqiqə gözlədikdən sonra maskanın qalanını da göz ətrafı xaric üzünüzün hər yerinə çəkin. Boyun və sinənizə də tətbiq edə bilərsiniz. 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü masaj edərək durulayın. Bu maskanı həftədə bir dəfə çəkə bilərsiniz.
lent.az