Niyə "türkün məsəli" deyirik

02 Haziran 2017
2 507
0
Niyə "türkün məsəli" deyirik
"Türk dili dünyanın bir sıra dillərindən fərqli olaraq çoxmənalıdır”.

Bunu Sherg.az-a dilimizdə işlənən "türkün məsəli” ifadəsinin bəzən əsassız olaraq türklərin tərbiyəsiz xalq kimi dəyərləndirilməsi məsələsindən danışarkən xalq şairi Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, türk dilində bir sözü müxtəlif mənalarda işlətmək olur, yəni altmənalar çoxdur:

"Ona görə, "sözdən söz çıxartmaq”, "sözü başqa cür yozmaq kimi” ifadələr də xasdır. İşlədilən "türkün məsəli” ifadəsi də əvvəlcədən deyilir ki, yəni başqa cür anlayamayın, düzgün başa düşün.

İkinci tərəfdən türklər hər zaman sözü açıq deyən olublar. Bu tərbiyəsizlik deyil. Dünyanın bir çox dillərində müəyyən mənalarda bəzi şeyləri öz adı ilə səslənir. Türklər də qədimdən hər şeyi öz adı ilə deyiblər. Görünür, "türkün məsəli” ifadəsi daha çox türk olmayan xalqların dilində işlənib ki, türklərin açıq, mərd danışığı, hər şeyi olduğu kimi deməsi başqa xalqlara sirayət edib. Yəni cəsarətləri çatmayıb, müəyyən şeyləri deməyə, "türkün məsəli” deyib, davam ediblər”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.