Oruc tuta bilməyən bunun əvəzində nə edə bilər?
Feat.Az zikr.az-a istinadən bildirir ki, xəstəlik və ya səfər səbəbi ilə Ramazanda oruc tuta bilməyən başqa vaxt buraxdığı günlərin qəzasını tutmalıdır. Əgər insan xroniki xəstəlik və ya qocalıq səbəbi ilə ümumiyyətlə oruc tuta bilmirsə, hər bir günün müqabilində bir kasıbı, bir dəfə yedirtməlidir. Uca Allah buyrurur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə, 184-185).