İkiüzlü insan olmağınıza şübhə etmirəm... - MARAQLI
Feat.Az modern.az-a istinadən mürəkkəb və bir çox hallarda anlaşılmayan insan orqanizmi haqqında yazını təqdim edir.
- İnsanın gözləri 10 milyona yaxın rəngi seçməyə qadirdir. Bu imkana baxmayaraq, bəzi insanlar hələ də ağı qaradan seçməyi bacarmırlar.
- İnsanın dərisi ömrü boyu 1000 dəfə dəyişərək yenilənir. O cümlədən üz dərisi də. Biz isə deyirik ki, filankəs ikiüzlüdür.
- İnsan hər gün 1 litr tüpürcək ifraz edir. Bu 1 litrin qarşısında bir insanın ağzından 1 qram su töküləndə qarşısındakı o dəqiqə əsəbiləşir ki, “bəsdir də ağzının suyunu axıtdın”.
- İnsanın bədənində ən güclü əzələ dildir. Yəqin bu gücə görə bəzən dilimizə sahib ola bilmirik.
- İnsan beyninə daxil olan informasiyaların sürəti saatda 360 kilometrə bərabərdir. Bu sürətin qarşısında arabir “başım şişdi” deyib şikayətlənməyin mənası yoxdur.
- Ağılsız və sərsəm adamlarla müqayisədə ağıllı insanların saçlarında minerallar, sink və mis daha çoxdur. Ağlına şübhə edənlər saçlarını laboratoriyaya verib şübhədən çıxa bilərlər.
- İnsanın əl dırnaqları ayaq dırnaqlarından 4 dəfə daha tez uzanır. Ancaq bu heç də o demək deyil ki, əl dırnaqları ilə insanlar çırmaqlaşmalıdırlar.
- Uzunluq vahidi ilə hesablasaq, orta yaşlı insaı bədənində sinirlər təxminən 75 kilometrdir. Ancaq nə faydası, ən adi şeylərə belə əsəbləşirik.
- İnsan asqıranda onun ağzından çıxan tüpürcək damcıları saatda 161 kilometr sürətilə yayılır. Əgər belədirsə niyə bəzi insanlar asqırarkən ağızlarını dəsmalla tutmurlar?
- İnsan ürəyinin çəkisi 220-260 qrama bərabərdir. Əgər insan bu kiçik kütlənin qayğısına qala bilmirsə hansı qayğıkeşlikdən danışa bilər?